İlham Əliyevə qazaxların milli geyimi hədiyyə olundu
Polşada təxribatda şübhəli bilinən 8 nəfər saxlanılıb
Yeni nazir kim olacaq?
Leysan olacaq, dolu düşəcək - Hava
Azərbaycanlı reper Ukrayna müharibəsində həlak olub?
“Bakubus”un avtobusu bulvara girdi - Açıqlama
“Orta dəhlizin inkişafı” layihəsinin təqdimatı oldu - Foto
Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama


19.10.2025  00:06 

Ramiz Mehdiyevin ardınca... - Eldar Mahmudovun həbsi gözlənilir





A+  A-

Ramiz Mehdiyevin ardınca sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da həbsi gözlənilir.

İspaniyanın "Diario de Mallorca" nəşri bildirir ki, Azərbaycanın Baş Prokurorluğu Palma şəhər məhkəməsi və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna göndərdiyi məktubda Mahmudovlar ailəsi ilə bağlı məlumatlar təqdim edib.

Qeyd olunur ki, Azərbaycan Prokurorluğunun bildirdiyinə görə, hazırda sabiq nazir Eldar Mahmudov və digər şəxslər barəsində ayrıca cinayət işi aparılır. Bu iş 2018-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəliləri ilə bağlı araşdırmadan fərqlidir.

Məlumata görə, dövlət büdcəsindən mənimsənilən 29,6 milyon avro əvvəlcə Latviyadakı banka köçürülüb, hesab Dominikan Respublikasında qeydiyyatdan keçmiş Prime Design and Patenting SA adlı offşor şirkətə məxsus olub. Şirkətin sahibi Sahib Əli oğlu Ağayev, Eldar Mahmudovun yaxın adamı hesab olunur. 2014–2015-ci illərdə həmin hesabdan vəsait Anar Mahmudovun nəzarətində olan digər offşor şirkətlərin hesablarına köçürülüb.

Sahib Ağayev 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində korrupsiya ittihamı ilə mühakimə olunub və 2020-ci il iyunun 16-da məhkum edilib. Eldar Mahmudovun digər qohumu və yaxın əməkdaşı da 10 milyondan çox manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilərək digər nazirlik əməkdaşları ilə birlikdə cəzalandırılıb.

Azərbaycan Prokurorluğu qeyd edir ki, Anar Mahmudovun əldə etdiyi 29,6 milyon avro sonradan onun və yaxın ailə üzvlərinin İspaniya, Lüksemburq, İsveçrə və digər ölkələrdəki hesablarına köçürülüb. Bu pullar daşınar və daşınmaz əmlakların alınmasına sərf olunub.

Komissiya roqatoriyası zamanı əldə edilmiş məlumatlarda göstərilib ki, Mahmudov ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində (İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq, İtaliya) 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.

Azərbaycan Baş Prokurorluğu əlavə edib ki, bu aktivlərin hamısı Eldar Mahmudovun nazir təyin olunmasından sonra, onun arvadı və uşaqlarının adına rəsmiləşdirilib. O vaxta qədər onların əhəmiyyətli gəlirləri olmayıb.

Cavanşir Həsənli
Almaniya


Xəbər 1222 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +