Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
Direktorların vatsap qrupunda qalmaqal
Azərbaycan XİN Türkiyəni təbrik edib
Paşinyan “sensasion xəbər”i açıqladı
İstanbulda yaşayış binası çökdü -VİDEO
Ağdam rayonuna köç karvanı yola salındı
İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb


19.11.2018  11:57 

Kiçik sahibkarlardan alınan vergilər ləğv olunur





A+  A-

Mikro və kiçik sahibarlıq subyekti olan, müvafiq icra orqanından “Startap şəhadətnaməsi” alan hüquqi şəxslər şəhadətnamə aldığı tarixdən etibarən mənfəət vergisindən azad edilir.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Modern.az-a Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə bağlı danışarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.

Deputat qeyd edib ki, Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərin bir hissəsi mikro və kiçik sahibkarlığın inkişafına dəstəklə bağlıdır:

“Startap adlandırdığımız, innovativ fəaliyyətlə məşğul olan mikro və orta sahibkarlıqdır. Bu meyardan olan sahibkarlığın inkişafı iqtisadiyyatda innovativ istiqamətlərin önə çəkilməsini labüd edir. Məcəlləyə ediləcək dəyişikliklərdə kiçik və orta sahibakarlığın inkişafı üzrə müvafiq dövlət orqanı startapların meyarlarını müəyyən edəcək və müvafiq şəhadətnamə verəcək. Bu şəhadətnamə alan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkarlar isə gəlir vergisidindən azad ediləcək”.

Onun sözlərinə görə, dəyişiklik növbəti ilin ilk günündən qüvvədə olacaq:

“Vergilər Məcəlləsinə ediləcək bu dəyişikliklər 1 yanvar 2019-cu ildən qüvvəyə minir və ilkin olaraq 3 il müddətinə nəzərdə tutulub”.

Xəbər 3444 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +