Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
Direktorların vatsap qrupunda qalmaqal
Azərbaycan XİN Türkiyəni təbrik edib
Paşinyan “sensasion xəbər”i açıqladı
İstanbulda yaşayış binası çökdü -VİDEO
Ağdam rayonuna köç karvanı yola salındı
İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb


06.06.2018  13:54 

Polis narkoəməliyyat keçirdi





A+  A-

Ölkə ərazisində külli miqdarda qanunsuz narkotik vasitə dövriyyədən çıxarılıb.
XəzərNews.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 5-də keçirilmiş tədbirlər nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə, həçminin xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Belə ki, Sumqayıt şəhərində saxlanılan, əvvəllər məhkum olunmuşlar - Corat qəsəbə sakini Elvin Əliyevdən 470 qram, H.Z.Tağıyev qəsəbə sakini Ziya Salehovdan isə 440 qram marixuana aşkar edilib.

Zaqatala rayon Muxax kənd sakini Uveys Rəcəbovun evindən 1 kiloqram 855 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Masallı rayonunda əvvəllər məhkum olunmuş Fazil Məmmədovun evindən 325 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu götürülüb.

Sabirabad rayon Kürkəndi kənd sakini, əvvəllər məhkum olunmuş Valeh Zərbalıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd, Qax rayon Tasmalı kənd sakini Ümidvar Yusifovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 310 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

Xəbər 2973 dəfə oxunub.



29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +