Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
Direktorların vatsap qrupunda qalmaqal
Azərbaycan XİN Türkiyəni təbrik edib
Paşinyan “sensasion xəbər”i açıqladı
İstanbulda yaşayış binası çökdü -VİDEO
Ağdam rayonuna köç karvanı yola salındı
İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb


08.06.2017  17:08 

Bakı Olimpiya Stadionu SOCAR-ın balansından çıxarıldı





A+  A-

Bakı Olimpiya Stadionu SOCAR-ın balansından çıxarılıb.
XəzərNews.az xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova deyib.

Onun sözlərinə görə, nəhəng arena “Neftçi” İdman Klubu İctimai Birliyinin balansına keçib:

“Bildiyiniz kimi, Bakı Olimpiya Stadionu SOCAR-ın balansında idi. İndi isə neft şirkətinin rəhbərliyi tərəfindən qərar qəbul olundu ki, SOCAR-ın balansında olan bütün idman qurğuları “Neftçi” İKİB-in hesabına keçirilsin və onlar tərəfindən idarə olunsun. Bununla bağlı olaraq nizamnamə kapitalı 590 milyon manatdan 1000 manatək azalıb. Bu, sırf iqdisadi bir addımdır. Bir sıra planlarımız var və gələcəkdə bunları reallaşdırmağa çalışacağıq. Stadionun istər rəhbər, istərsə də komanda heyətində heç bir dəyişikliyi olmayacaq. Bildiyiniz kimi, UEFA-nın baş katibi Teodor Teodoridis hazırda Bakıdadır. O, bu gün Bakı Olimpiya Stadionunda olub. Çempionlar Liqasının və Avropa Liqasının final matçının BOS-da keçirilməsi ilə bağlı müzakirələr aparıldı. İnanırıq ki, sentyabr ayında şad xəbər alarıq”.

Qeyd edək ki, “Neftçi” İKİB-in sədri Sadıq Sadıqovdur. O, bundan əvvəl “Neftçi” futbol klubunun prezidenti kimi fəaliyyət göstərib.

Xəbər 3043 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +