ABŞ-də iki azərbaycanlıya 25 il həbs cəzası
Rusiya Rövşən Əsgərovu cərimələyib -FOTO
Ermənistan Azərbaycanın təsiri altında qala bilər -Ambartsumyan
Ramiz Mehdiyev fəxri adlardan məhrum edilib -FOTO
Toy kortejində atəş açanlar azərbaycanlılar olub: Saxlanıldılar
Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi


08.05.2017  13:59 

“Bizim də atom bombamız və pulumuz olsaydı...“ - Komitə sədrindən AÇIQLAMA





A+  A-

"Yeni texnologiyaların kəşfində müsəlman ölkələrin payı 1 faizə bərabərdir. Müsəlman ölkələrində təhsilin səviyyəsi də aşağıdır".
XəzərNews.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, müsəlman ölkələrində əhalinin 50 faizi savadsızdır: "Dubaya gedirik, görürük ki, çox inkişaf edib. Amma Dubay, Səudiyyə Ərəbistanı və digər ölkələrin dərinliyinə gedəndə savadsızlıq və cəhalətin şahidi olursan. Ölkəmiz isə bu cəhətdən inkişaf edib və digər müsəlman ölkələrdən fərqlənir".
Dövlət Komitəsinin sədri Azərbaycandakı iqtisadi azadlıqlardan da danışıb: "İqtisadi azadlıq inkişafın rəhnidir. Siz inkişaf etmək istəyirsinizsə onda azadlıq verin. Tez-tez Dövlət Gömrük Komitəsi bizə kitablar göndərir. Biz də rəy veririk. Təbii ki, bu doğru addımdır. Bəzən bizə deyirlər ki, internet əsrində niyə kitabları məhdudlaşdırırsız?! Onsuz da o kitabları internetdə tapa biləcəklər. Biz də deyirik ki, əgər elədirsə gəlin kinoteatrlarda bütün filmləri göstərək. Təbii ki, kinoteatrlarda bütün filmlərin göstərilməsi mümkün deyil. Eyni zamanda bütün kitabları Azərbaycana buraxa bilmərik".
M.Qurbanlı ABŞ-ın Azərbaycandakı səfiri ilə apardığı bir müzakirənin detallarını da açıqlayıb: "ABŞ səfiri ilə görüşəndə mənə dedi ki, siz kitabları niyə belə məhdudlaşdırırsınız? Bizdə də bəzi qruplar var ki, xristianlığı təhrif edir. Biz onlara sərbəstlik vermişik və nə edirlər etsinlər. Mən isə dedim ki, bizim də sizin kimi atom bombamız və pulumuz olsaydı biz də elə edərdik. Biz yeldöyəndə yerləşirik. Burada həm dini, həm də geopolitik baxımdan toqquşma ola bilər".

Xəbər 2671 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.10.2025  09:54 

Faktiki hava açıqlandı

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +