Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


27.07.2020  18:36 

İsrail-Livan sərhədində gərginlik





A+  A-

İsrail ordusunun mətbuat xidməti, ölkənin şimal sərhədində təhlükəsizlik probleminin yaşandığını, bu bölgədə yaşayanların evlərindən çölə çıxmamaları gərəkdiyini bildirib.
XəzərNews.az İsrailin "N12" telekanalına istinadən xəbər verir ki,, İsrail silahlı qüvvələri ilə Livan sərhəd xəttindəki silahlı dəstələr arasında atışma baş verib. Həmçinin İsrail ordusunun Livanın Kəfərşuba bölgəsinə zərbələr endirdiyi bildirilib.

İsrail ordusu tərəfindən Suriyaya edilən hava hücumları nəticəsində bir Hizbullah üzvünün öldürülməsindən sonra İsrailin Livan sərhədindəki qoşunları yüksək hazırlıq səviyyəsinə gətirilib.

Livanın Əl-Məyadin telekanalının verdiyi məlumata görə, İsrail hərbi qüvvələri Livan sərhəddindəki mövqelərinə hərbi texnika göndərir.

Qeyd edək ki, daha əvvəl Livan-İsrail sərhəddində Şeba bölgəsində də bir sıra partlayışlar və atışmaların yaşandığı bildirilmişdi.



Xəbər 3173 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +