“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


18.06.2019  12:32 

ABŞ-ın Rusiya üzrə yeni məsləhətçisinin adı bəlli oldu





A+  A-

ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya ilə əlaqələr üzrə direktoru Fiona Hill istefaya gedir.
XəzərNews.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin jurnalisti Piter Beyker tvitter mikrobloqunda məlumat verib.

Onun sözlərinə görə, bu vəzifəyə Milli Təhlükəsizlik Şurasının rəhbəri Tim Morrison gətiriləcək.

Beyker yerdəyişmənin cari ilin avqustunda baş verəcəyini bildirib: “Tramp ABŞ-Rusiya-Çin arasında mümkün “Orta və yaxın mənzilli raketlərlə bağlı” müqaviləni müzakirə etmək üçün Rusiya ilə münasibətlərini tənimləyəcəyinə ümid edir”.

Qeyd edək ki, “Orta və yaxın mənzilli raketlərlə bağlı” razılıq 1987-ci ilin daeabrın 8-də Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb. ABŞ bu ilin fevralında müqaviləni tərk edəcəyini açıqlayıb. Bundan sonra KİV-də Fiona Hillin Moskvaya gizli səfəri barədə məlumat yayılıb.

Tim Morrison 2018-ci ilin iyulunda Milli Təhlükəsizlik Şurasının tərkibinə qatılıb və prezidentin kütləvi qırğın silahları və bioloji müdafiə mövzusunda xüsusi köməkçisi olub. Bu postda o, qlobal təhlükələrin nüvə, bioloji və kimyəvi silahlardan azaldılması üçün milli siyasət və proqramların inkişafına nəzarət edir və koordinasiya edir.



Xəbər 2670 dəfə oxunub.



15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +