Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib
Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov
Baş nazir Tiflisə səfərə gedib
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycan Ermənistana bu məhsulu niyə buraxdı? - Ekspert
Güləşçimiz dünya çempionatının qalibi olub -FOTO
Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?


08.10.2025  10:24 

Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?





A+  A-

Bakının bahalı ərazilərində elə villalar satışdadır ki, qiymətlər insana nağıl kimi gəlir - 5, 9, hətta 12 milyon manata. Bu məbləğə xaricdə malikanə, yaxta və bir ömürlük rahatlıq almaq mümkündür, amma Bakı bazarında belə evlər üçün alıcılar tapılır. Şəhərin mərkəzinə yaxın, dəniz mənzərəli və xüsusi dizaynla tikilən bu villalar “lüks həyatın yeni üzü” kimi təqdim olunur. Amma sual yaranır: bu qədər pulu kim və nə üçün belə evlərə xərcləyir? Əmlak bazarında bu seqmentin real dəyəri varmı, yoxsa bu sadəcə bir dəb yarışıdır.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah” danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, belə villaların qiyməti real hesab edilmir:

“Belə villaların qiyməti real sayılmır. 12-15 milyona satılan villaları yer, tikintidə istifadə olunan materiallar, brend, tikinti keyfiyyəti baxımından müqayisə etsək, həmin qiymətə 3 ədəd belə villa tikdirmək olar. Mən düşünürəm ki, bu tip villalar bazarda ayrıca seqmentdir və daşınmaz əmlak bazarında gedən proseslərə təsir etmir. Bunlar aktual və real seqment deyil. İkincisi, onlar likvit predment deyil, çünki həmin villaların bir çoxları vaxtilə qiymətləndiricilər tərəfindən yüksək qiymətləndirilərək banklara girov qoyulub”.

V.Orucun sözlərinə görə, boş torpaq sahəsi alıb yeni villa inşa etmək daha sərfəlidir:

“O villaları bazarda satmaq, itirilmiş mənfəəti bərpa etmək, zərəri ödəmək mümkün olmur. Bu baxımdan, bahalı villaları almaqdansa, eyni tipdə torpağa sahib olub, yenisini tikdirmək daha ucuz başa gəlir. Belə olanda villaları şəxsi zövqə uyğun layihələndirmək, keyfiyyətli tikinti və təmir işləri aparmaq da asan olur. Bu daha əlverişlidir”.



Ekspert vurğulayıb ki, daşınmaz əmlak bazarı dünyada çox vaxt mənşəyi bəlli olmayan pulların yuyulması obyekti kimi də qəbul olunur:

“Yəni bu gün kimsə özünə mənzil alırsa, onu kirayə verirsə, bu, normal biznesdir, tələbatdır, amma belə milyonluq obyektlərin bir addan başqa ada keçməsi daha çox manipulyasiya xarakteri daşıyır. Azərbaycanda da yəqin ki, hər hansı böyük əmlakların milyonlarla manata alınması bu pulların daşınmaz əmlaka qoyulması məqsədi daşıya bilər. Hesab edirəm ki, investor üçün bu, o qədər də maraqlı deyil, çünki iqtisadi baxımdan kiçik sahəli mənzilləri alıb kirayə vermək daha sərfəlidir. Bunun Bakı şəhərində aktiv, dinamik bazarı var. Böyük villaları alıb passiv şəkildə saxlamaq investora sərf etmir. Ümumiyyətlə, daşınmaz əmlak bazarı aktiv gəlir gətirən bazar deyil, hər hansı obyekti alıb kirayə vermək stabil gəlir gətirir və bu, passiv biznes hesab olunur. Hər hansı milyonluq villanı alıb ildən-ilə onun qiymətinin qalxmasını gözləmək biznes təfəkkürü deyil. Çünki obyektlər bahalaşdıqca paralel şəkildə infilyasiya da gedir.

İnvestisiya baxımından milyonluq villalar almaq sərfəli deyil, əgər prestij məqsədi ilə bu tip evlər alınırsa, bu da əlverişli sayılmır, çünki eyni villaları torpaq sahəsi alaraq tikmək daha ucuz başa gəlir”.

Xəbər 3793 dəfə oxunub.




21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək


BÜTÜN XƏBƏRLƏR +