Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


03.12.2021  13:38 

Siyavuş Novruzov: “İnstitut direktoru əməkdaşın kitabını, məqaləsini öz adına çap edir”





A+  A-

“İnstitut direktoru əməkdaşın, elmi rəhbər digərinin kitabını, məqaləsini öz adına çap edir”.

XəzərNews.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin komitə sədri Siyavuş Novruzov bildirib.

S.Novruzovun sözlərinə görə, bəzən kitablara baxanda məlum olur ki, bir adam bir gündə 70-80 səhifə yazıb: “Bu da mümkün deyil. Bir adam bir gündə 3 səhifə, uzağı təbii gələr, 10 səhifə yazar, daha 70-80 səhifə yox. Yəni gündə 70-80 səhifə yazılıbsa, plagiatdır. Ona görə də müəlliflik hüququ ilə bağlı məsələlərə diqqət ayrılmalıdır”.

Komitə sədri nəzərə çatdırıb ki, bu gün kitab çapı ilə bağlı çoxsaylı müraciətlər olur: “Bizə də müraciətlər olur. Ancaq hazırda kitab çapının müxtəlif formaları var. Elektron qaydada internetdə yerləşdirilə və pulunu ödəməklə insanlar o kitabla tanış ola bilərlər”.

Xəbər 2681 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +