“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


12.03.2021  15:06 

Almaniya Rusiya peyvəndindən istifadəni dəstəkləyir





A+  A-

“Rusiya istehsalı “Sputnik V” peyvəndi Avropada istehsal olunan peyvəndlərdən daha təsirli ola bilər”.
XəzərNews.az “Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti yanında peyvəndləmə üzrə daimi komissiyanın rəhbəri Tomas Mertens bildirib.

““AstraZeneca” peyvəndində olduğu kimi, bu da adenovirus əsaslı bir preparatdır. Ancaq “AstraZeneca” peyvəndindən fərqli olaraq burada birinci və ikinci dozalar üçün iki müxtəlif viral vektordan istifadə edilir”,- deyə T. Mertens qeyd edib.

“Sputnik V”nin effektivliyini vurğulayan Mertens, peyvəndin 90%-dən çox infeksiya hallarının qarşısını almağa qadir olduğunu vurğulayıb.

Onun sözlərinə görə, dərman birinci və ikinci dozada iki fərqli viral vektordan istifadə edilməsi, bədənin immun reaksiyası səbəbindən mümkün effektivliyin itirilməsinin qarşısını alır.

Mertens peyvəndin Avropa İttifaqında istifadəsi üçün təsdiqlənəcəyinə ümid edir.

“Sputnik V”ni yaxşı bir peyvənd adlandıran Tomas Mertens rus alimlərin vaksin yaratmaqda böyük təcrübəyə sahib olduğunu da sözlərinə əlavə edib.

Xatırladaq ki, “Sputnik V” hazırda Avropa Dərman Agentliyində ekspertiza sınaqlarından keçir. Təşkilatın təsdiqləyəcəyi təqdirdə, peyvənd bütün Aİ ölkələrində istifadə oluna bilər.

Xəbər 3327 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +