“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


11.03.2021  13:26 

Daha bir xəbərdarlıq - Sabah intensiv qar yağacaq





A+  A-

Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, martın 11-də arabir yağan yağışın martın 12-də sulu qara, gündüz qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında çovğun olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enərək martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacaq.

Azərbaycanın rayonlarında martın 11-i gündüz şimal və qərb rayonlarından başlayaraq 13-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 11-də 15-20 m/s, martın 12-də arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Xəbər 2755 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +