Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


26.03.2018  11:21 

MSK seminarlara başladı





A+  A-

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarları başlayıb.
XəzərNews.az xəbər verir ki, tədbirin gerçəkləşdirilməsində əsas məqsəd “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yenilənmiş və daha da təkmilləşdirilmiş imkanları barədə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə ətraflı məlumat vermək, onların proqram təminatları ilə birbaşa və praktiki şəkildə istifadəsinə şərait yaratmaq, o cümlədən mütəxəssislər üçün maraq kəsb edən məsələlərə yerindəcə aydınlıq gətirməkdir. Seminarlar çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün yeni hazırlanmış xüsusi proqram modullarından test rejimində istifadə ediləcək ki, bu da kompüter mütəxəssislərinin praktiki biliklərini və iş təcrübələrini daha da artıraraq seçki günü sistemdən rahat və peşəkarlıqla istifadəni təmin edəcək.

MSK tərəfindən təsdiq edilmiş Təqvim Planına uyğun olaraq ardıcıl və keyfiyyətlə həyata keçirilmiş əksər irimiqyaslı layihələrin artıq uğurla başa çatdığı prezident seçkiləri ilə bağlı son maarifləndirmə tədbirlərindən olan dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarların 3 gün davam etməsi və martın 28-də yekunlaşması nəzərdə tutulur.

Xəbər 2873 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +