Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


24.02.2018  13:37 

Tələbələrə ŞAD XƏBƏR – Güzəştli kreditlər veriləcək





A+  A-

“Artıq xeyli vaxtdır ki, cəmiyyətdə təhsil kreditləri ilə bağlı məsələ gündəmdədir. Bununla bağlı parlamentdə də müəyyən təkliflər irəli sürülüb. Milli Məclisin Elm və təhsil komitəsi də belə bir layihənin hazırlanması üçün dünya təcrübəsini öyrənməyi, ölkə reallığını nəzərə alaraq, perspektivdə “Təhsil kreditləri haqqında” qanun layihəsini hazırlamağı nəzərdə tutur. Hesab edirəm ki, bu qanun layihəsi Azərbaycanda tələbələrin bəzi problemlərinin aradan qaldırılmasına töhfə verə biləcək”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Komitə sədri bildirib ki, yeni hazırlanacaq “Təhsil kreditləri haqqında” qanun layihəsi ilk növbədə ehtiyacı olan tələbələrin minimum tələbatını qarşılaya biləcək təhsil kreditlərinin verilməsi məsələsini əhatə edəcək.

“Yeni qanun layihəsində ehtiyacı olan tələbələrə təhsil, kirayə, yataqxana haqqını ödəmək üçün lazım olan təhsil kreditlərinin verilməsi məsələsi öz əksini tapacaq. Daha sonra isə bu krediti alan tələbələrin ali məktəbi bitirib mütəxəssis kimi işləməyə başladıqdan sonra müəyyən olunmuş faizlərlə həmin vəsaiti geri qaytarması nəzərdə tutulur”.

Xəbər 3580 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +