Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


12.12.2017  09:07 

“Onun bağırtısını görüb şoka düşdüm” - Röya Nigara söz atdı





A+  A-

“Altın kelebek” mükafat mərasimində iştirak edən iki məşhur müğənnimiz: əməkdar artist Röya Ayxanla “Eurovision 2011” qalibi Nigar Camal arasında qalmaqal yaranıb.
XəzərNews.az xəbər verir ki, Nigarın instaqramda fotolarını paylaşaraq Röyanı mükafat alması münasibəti ilə təbrik etməsi qarşı tərəfi əsəbiləşdirib.

Əməkdar artisti həmkarının Türkiyədə yox, sosial şəbəkədə onu təbrik etməsinə etiraz edib.

“Siz fotonu görürsünüz? Bunlar kimi olmadığım üçün üzümdəki ifadədən hər şeyi anladınız yəqin. Yox? O zaman deyim. Mən bu qızı (Red:Nigar Camal) dünyalar qədər sevirdim. Dünən ödül gecəsində əsəbini, bağırtısını görüb və mənə Allahın salamını verməyəndə şoka düşdüm. Niyə? “Ay Anar Ağakişiyev, bir şeymi var, ya da nəsə oldu” deyə, soruşdum. Gözəlim, niyə yoxsan? Haradasan? Niyə salam və ya Allahın təbrikini yanımda ola-ola yox, İnstaqramda yazırsan? İradə xala (red:İradə İbrahimova) kimi sənə də sonra çatdı? Bir sözlə, qızlar, bilet alım, siz də minin, uçun evinizə. İndi burada bala kamaz ana kamaza yol göstərir?”.

Röya daha sonra “Altın kelebek”də saç və makiyajını özünün etməsi məsələsinə toxunub.

O, instaqramda stilist Anar Ağakişiyevlə videosunu paylaşaraq Nigara söz atıb:

“Anar, utandın, gəldin yanıma? Olsun, biz bacarıqlıyıq. Sevinirəm ki, yenə də yanımdasan.Üç-dörd bacarıqlı dostlarım var. Amma ən lazımlı anda işləri çıxır. Ya da sənin kimi "padruqamla" gələrsən... O da elə bil yasa gəlmişdi".

Xəbər 2991 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +