“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


11.03.2017  13:14 

Sələmçilik fəaliyyəti qanunlaşa bilərmi? - Ekspert





A+  A-

Sadə vətəndaş və iş adamları daha asan başa gəldiyi üçün bəzən sələmçilərə üz tutmağa məcbur olur.
XəzərNews.az bildirir ki, bunu ekspert Natiq Cəfərli Axar.az-a açıqlamasında sələmdən istifadə edənlərin sayının artmasına səbəb olan amillərdən danışarkən deyib. Onun sözlərinə görə, sələmdən istifadənin artmasının digər səbəbi lombardaların fəaliyəti ilə əlaqəlidir:

“Lombard vasitəsilə alınan kreditlərdə qoyulan girov müqabilində yüksək faizlə çox aşağı pul təklif olunur. Beləliklə, alternativ seçimi olmayan insanlar ən asan yol kimi sələmdən istifadə etməyə məcbur qalır”.

Ekspert sələmçilik fəaliyyəti ilə bağlı təklif də irəli sürüb:

“Adətən, sələmçi ilə sələm götürən arasında borc müqaviləsi bağlanır. Sonradan ödəmə gecikəndə və yaxud digər hallarda isə narazılıq başlayır və hətta bunun fəsadları da olur. Dövlət isə iki insan arasında bağlanmış borc müqaviləsinə müdaxilə edə bilməz. Yəni natarius bunun sələm olub-olmadığını bilmir. Sələmçilərin fəaliyyətinin lisenziyalaşdırılması ilə bağlı qərar verilsə, bu, həm onların vergidən yayınmasının qarşısını alar, həmçinin hər hansı mübahisənin sivil müstəvidə çözülməsi və dövlətin müdaxiləsi üçün əsas olar. Bu, həm də sələmçilərin faiz sui-istifadəsinin qarşısını alar”.

Qeyd edək ki, araşdırmalara görə, 30-57 yaşlarında olan insanlar sələmdən daha çox istifadə edir.

Xəbər 4664 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +