“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


03.03.2017  11:00 

“Ziya Məmmədov mütaliəyə başlayıb, Quranı təhlil edir“





A+  A-

Ölkə prezidentinin sərəncamı əsasında Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların bazasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. Nəticədə yeni nazirliyə təyinat almayan keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifə pilləsindən uzaqlaşdırıldı.
Bəziləri Ziya Məmmədovun yeni vəzifəyə gətiriləcəyini iddia etsələr də, gözləntilər reallaşmadı.

Sayt aradan keçən müddəti nəzərə alaraq Ziya Məmmədovdan yeni açıqlama almağa çalışsa da, sabiq nazir telefonlara cavab verməyib. Eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov isə əməkdaşımızın sualına cavab olaraq deyib ki, Ziya müəllim hazırda istirahət edir.
“Çünki uzun müddət gərgin iş qrafikində işləyən insan olub. Ona görə də hazırda vaxtını istirahətə sərf edib. Mütaliəyə geniş vaxt ayırıb. Bildiyiniz kimi, Ziya müəllim müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bilir. Düşünürəm ki, bu da xoş olan bir işdir. Həmçinin, ailəsinin, doğmalarının yanında istirahət etməyin özü də yaxşı bir haldır”.

“Ziya Məmmədovu yaxın vaxtlarda hansısa sahədə görə bilərikmi” sualına Elton Məmmədov belə cavab verib.

“Ziya müəllim sağlam düşüncəli, potensiallı, intellekti yüksək olan insandır. Yəqin ki, 10-15 gün istirahət edəndən sonra hansısa sahəni seçmək məsələsində qərar verər. Amma onun yerinə mən konkret nəsə deyə bilmərəm”.

(modern.az)

Xəbər 5316 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +