“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


26.02.2017  21:27 

Tələb və təklifin tikdiyi evə zaval yoxdu, ay Camaat!





A+  A-

Gündə bir kitab mağazası açılır. Lap yaxşı. Yaxşısı yaxşı. Bunun nəyi pisdi ki? Pis olan tərəf odu ki, vaxtilə kitab mağazalarının sıradan çıxmasına laqeyd qalan və hətta iştirakçı olan şəxslər bu gün təm-təraqla mağaza açırlar. Və hələ bir minnət də qoyurlar: “Millət üçün bu addımı atdıq”. Yalançının…
Yadınıza düşürmü?:
Bakıda Kitab Passajı, Hökumət evinin yanındakı kitab evi və s. və i.a. Rayonlarda indiki Gənclər Mərkəzinin əvəzinə möhtəşəm Kitab evləri vardı.
Özəlləşdirdilər, satdılar, qaçdılar. Xeyir ola?

1997-98-ci illərdə, computer təzə çıxan vaxtları kitab “verstka” və tərtib edərkən saatlarla radiasiya udub siqaret çəkməyə çıxanda məsum, üzündən təbəssüm aşıb daşan bir yeniyetmənin aşağıda bilyard oynadığını görərdik. Və o yeniyetmə bizim gözümüzdə uca idi. Tay-tuşları restoranlarda olan bu şəxs kürəyini nəşriyyata söykəyib bilyard oynayırdı. Bu gün o vaxt ki, həmin
yeniyetmə, indiki aləmi-məşhur şəxs bütün kitab mağazalarını məhkəməyə verdirir. Xeyir ola?

Uzun illərdi kitabçılığın içində və çölündə olan bir şəxs kimi BU SAHƏYƏ özünü YENİ YETİRƏNlərə deyirəm:
Kitabı qoruyan, kitab mağazalarını yenidən yaradan adamlar başqalarıdı. Onların haqqını etiraf edin ən azından. Bəziləri daşınmaz əmlak bazarında qaz vurub qazan dolduranda, bunlar diş-dırnaqları ilə kitab mağazası yaratdılar. Neçə-neçə işçi dolandırdılar, vergi, pensiya fondu və s. ödəmələri etdilər. Müasir kitab mağazalarını BAKKUŞ satanlar yaradıb Vallah!
Və elə məqam yetişdi ki, oliqarxlar bu sahəyə yağlı tikə kimi baxmağa başladılar. Və başladılar kitabçılığı dirçəltmiş digərlərini parçalamağa.

Telman İsmayılov da pula pul deməyəndə AST adlı nəşriyyat yaratmışdı. Bu gün bazar o AST-ni və Telmanı böyrü üstdə qoydu. Tələb və təklifin tikdiyi evə zaval yoxdu, ay Camaat!
Bax, sözümün canı budu: müdaxilələr olmasa, bazar özü hər şeyi tənzimləyər, kitabçılıq da inkişaf edər, təhsil də, ədəbiyyat da.
Heç kim sözümün başına çatı salmasın. Elə belə dedim, söz gəlişi!

İlqar Şahmaroğlu


Xəbər 9217 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +