Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


03.03.2025  12:08 

Ukraynada o nüvə başlıqları qalsaydı Rusiya ora hücum edə bilərdimi?





A+  A-

Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973) Zülfüqar Əli Bhutto hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və edam olunub. Buna baxmayaraq o, Pakistanın ən məşhur dövlət xadimləri sırasında yer alır. 1969-cu ildə onun “The Myth of Independence” (Müstəqilliklə bağlı mif) adlı kitabında belə bir hissə var: "Pakistan vuruşacaq, min il vuruşacaq. Hindistan (atom) bombası düzəltsə, Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma biz (Pakistan) öz (atom bombasına) sahib olacaq... Bizim (Pakistan) başqa seçimimiz yoxdur!"

Başqa bir çıxışında isə o bu məsələyə belə bir yanaşma sərgiləmişdi: “Atom bombası xristianlarda, yəhudilərdə var idi, indi isə induistlərdə var. Niyə müsəlmanlarda olmasın?”

Bunu niyə xatırlatdım?

1991-ci ildə SSRİ dağılanda Ukraynada 1.900 nüvə başlığı vardı. 1994-cüü ildə Qərbin təkidi ilə Ukrayna, Belarus və Qazaxıstanda olan nüvə silahı Rusiyaya daşındı. Proses 1996-cı ildə yekunlaşdı. O vaxt ABŞ prezidenti olan respublikaçı George H. W. Bush (ata) təkid edirdi ki, nüvə silahı Rusiyaya daşınsın. Niyə? Amerika hesab edirdi ki, 4 ölkədə nüvə silahının olması gələcəkdə problem yarada bilər.

Demokrat prezident Bill Klinton da bu xətti davam etdirdi...

Rəhmətlik Zülfüqar Əli Bhutto “Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma atom bombasına sahib olacaq” deyəndə nə qədər haqlı idi.

İndi mən soruşuram:

Ukraynada 1.900 nüvə başlığı olsaydı Rusiya ora hücum edərdimi? Əlbəttə ki, yox. Rusiya Ukraynanı işğal etməyi xəyal belə etməzdi...

Eləcə də Qazaxıstan. Bəllidir ki, Rusiya Qazaxıstanın da böyük bir hissəsini işğal etmək arzusundadır. Nüvə silahı olmayan Qazaxıstan Rusiyanın qarşısında duruş gətirə bilərmi?

Çətin məsələdir...



Faktiki olaraq Amerikanın yeritdiyi sərsəm siyasət Ukraynanı tərk-silah edib. Bu isə Rusiyanın iştahanı artırdı. Ona görə də Amerika Ukrayna probleminə görə daha çox məsuliyyət daşıyır. Eləcə də digər Qərb ölkələri. Çünki bu məsələdə onlar da ABŞ ilə həmfikir idi...

Ukraynanın o vaxtı rəhbərliyi Leonid Kravçuk (1991-1994) bu proses zamanı uzaqgörənlik nümayiş etdirə bilmədi. 1.900 nüvə başlığının müqabilində Rusiyadan müəyyən qədər pul qopartmağa çalışdılar. Rusiya da elə bilin ki, 100 manatlıq şeyi 5 qəpiyə aldı.

Ancaq Leonid Kravçuk sonda səhv etdiyini anladı və Rusiyaya verilən nüvə başlıqları müqabilində beynəlxalq qarantiya almaq üçün hərəkətə keçdi. Nəticədə Budapeşt Memorandumu - 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın Nüvə silahının yayılmaması müqaviləsinə qoşulması ilə bağlı təhlükəsizlik təminatlarını təmin etmək üçün sənədlər imzalandı. Üç nüvə dövləti - Rusiya, ABŞ və Böyük Britaniya bu sənədə imza atdı. Digər nüvə gücləri sayılan Çin və Fransa isə bu sənədin nisbətən yumuşaq variantına qol qoydu.

Memorandumda həmçinin Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı da təhlükəsizlik təminatları öz əksini tapıb. Bu Memorandum nəticəsində Belarus, Qazaxıstan və Ukrayna nüvə silahlarından imtina etməli oldu.

Ancaq bəzi analitiklər deyir ki, Budapeşt Memorandumu rəsmi sənəd deyil. Ona görə də elə bir gücü yoxdur.

Ukraynada daha sonra iqtidara gələn Leonid Kuçma (1994-2005) da bu prosesi durdura bilmədi.

Siyasət elə bir şeydir ki, dövlətin başında duran adam ayıq-sayıq olmalıdır. Leonid Kravçukun o vaxt buraxdığı ölümcül səhv indi Ukraynanı yaman günə qoyub. Ölkənin 20 faizi işğal altındadır. 10 milyondan çox insan Ukraynanı tərk edib. Ölkə xarabalığa çevrilib...

Elbəyi Həsənli
Sürix


Xəbər 2910 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +