Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək
Bu şəxslərə verilən pulun məbləği 50 faiz artırıldı
Vəkil Bəhruz Bayramovun mənzili qarət olunub - Foto
İlham Əliyevin bu addımını alqışlayıram – Paşinyan
Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib


21.10.2025  10:10 

Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?





A+  A-

AMEA prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimova Almaniyada böyük maliyyə fırıldağının qurbanı olub. Alman mətbuatının və “Gündəlik Naxçıvan”ın məlumatına görə, Məsimovanın “Sparkasse” bankındakı seyfində saxladığı bir milyon avrodan artıq nəğd pul və qiymətli əşyalar tanışı tərəfindən ələ keçirilib.

XəzərNews.az yerli mediaya istinadən xəbər verir ki, hadisə bu ilin əvvəlində baş verib.

Günay Məsimova keçən ilin iyununda Bakıda topladığı vəsaiti Almaniyaya apararaq Nürnberq şəhərində yaşayan tanışı F.M. vasitəsilə bank seyfinə yerləşdirib. Lakin F.M. ona xəbər vermədən Fürth şəhərindəki filialda iki ayrı seyf hesabı açıb: biri Günay Məsimovanın, digəri isə öz dostunun adına. Pullar və qiymətli əşyalar isə Günay Məsimovanın yox, həmin dostunun adına açılmış seyfə qoyulub.

Yanvar ayında Məsimova seyfdən brilyant qaşlı saatlarından birini götürmək üçün banka gələndə seyfinin boş olduğunu görüb. Sonradan məlum olub ki, 790 min avro dəyərində dollar və brilyant, həmçinin 330 min avro nağd pul fırıldaqla başqa seyfə yerləşdirilib və həmin vəsaitlər Baltik ölkələrindən birinə aparılıb.

Ən diqqətçəkən məqam isə odur ki, Günay Məsimova hadisə barədə Almaniya polisinə məlumat verməyib. İddialara görə, o, pulların mənşəyi barədə sorğu-sual olunmaqdan ehtiyat edərək təcili şəkildə Bakıya qayıdıb.

Mənbələrin bildirdiyinə görə, Məsimova hadisə ilə bağlı məlumatların ictimailəşdirilməsindən narazı qalıb və bu məsələni paylaşan şəxslərə qarşı müxtəlif vasitəsilə təzyiq göstərməyə çalışıb.

Qeyd edək ki, Günay Məsimova bir neçə il əvvəl saxta nikah yolu ilə Almaniyada yaşamaq icazəsi alıb. Bundan sonra o, ümumi dəyəri 1 milyon avrodan artıq olan villa və mənzil əldə edib. “Gündəlik Naxçıvan”ın məlumatına görə, mənzillərdən biri Berlində, Kohulfurter küçəsində yerləşir.

Hadisə ilə bağlı Almaniya hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladıldığı bildirilir.

Xəbər 3490 dəfə oxunub.



22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +