Tanınmış aktrisa vəfat etdi -FOTO
Jurnalist bu ölkədə saxlanıldı -FOTO
Jurnalistlərin maşını dronla vuruldu: 2 ölü -FOTO
Tramp Qəzzaya səfər edəcək
Marşurutlarda gediş haqqı artırılacaq - AÇIQLAMA
Benzinin qiymətində bahalaşma olacaq?
Azərbaycanda pensiyanın məbləği dəyişməyəcək
Xadiməyə maşını Arifə deyil, Esmiralda yuduzdurub - Yeni detallar
Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı
Xəstəxanada şəkər xəstələri ilə qarşıdurma - Video


21.08.2023  12:12 

Miqrasiya ilə bağlı “Qaynar xətt“i fəaliyyətə başladı





A+  A-

Vətəndaşlara miqrasiya sahəsində hüquqi maarifləndirmə xidmətinin təşkili üçün Miqrasiya İnformasiya Mərkəzinin "Qaynar xətt"i fəaliyyətə başlayıb.

XəzərNews.az xəbər verir ki, mərkəz vətəndaşlarımızın getmək istədikləri immiqrasiya ölkələrinin qanunvericiliyi və əcnəbi miqrantlara ehtiyac duyulan sahələr, xaricdə iş yeri tapmaq üçün tələb olunan ixtisaslar, vətənə könüllü qayıdış, xaricdə konsulluq xidmətləri barədə məlumat verəcək.

Potensial immiqrantlara istədikləri ölkələrə işçi miqrant kimi getmək üçün hansı imkanların olması, hansı sənədlərin tələb olunduğu izah ediləcək, dil biliklərinin səviyyəsi haqqında məlumat veriləcək, ehtiyacı olanlar Azərbaycandakı müvafiq dil kurslarına yönəldiləcəklər.

Sənədlərin hara, hansı qaydada təqdim olunması qaydaları barədə müraciət edənlərə ətraflı izahatlar veriləcək və onlar müvafiq qurumlara və ya diplomatik nümayəndəliklərə istiqamətləndiriləcək.

Eyni zamanda, xaricdə yaşayan və miqrasiya sahəsində problemləri olanlara zəruri məlumatlar veriləcək, onların aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməsinə yardım ediləcək.

Harada olmağınızdan asılı olmayaraq, miqrasiya sahəsində hansısa məlumata ehtiyacınız varsa, yaxud xaricdə problemlə üzləşmisinizsə, Miqrasiya İnformasiya Mərkəzinə yazılı və ya telefonla müraciət edin, ödənişsiz və dolğun məlumat alın. Yazılı müraciətləriniz ən geci 24 saat ərzində cavablandırılacaq.

Müraciət edənlər haqqında məlumatın məxfi saxlanılmasına zəmanət verilir.

Qaynar xətt:

1.Telefonlar: (+99412) 530 61 83 (+99477) 270 11 99, saat 09:00-dan 17:00- dək;
2.Whatsapp nömrəsi: (+99477) 270 11 99;
3.Fecebook: Azerbaijan Migration Center/ Azərbaycan Miqrasiya Mərkəzi`
4.E-mail: [email protected]

Qeyd edək ki, "Miqrasiya İnformasiya Mərkəzi" QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi tərəfindən yaradılıb.

Xəbər 3520 dəfə oxunub.




23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək

23.10.2025  12:15 

Zelenski: Bunu çoxdan gözləyirdik

23.10.2025  11:42 

Çin Putinə xəbərdarlıq edib?


BÜTÜN XƏBƏRLƏR +