Azərbaycandan gələn təyyarə İrəvana eniş edib -FOTO
Dağıstana PUA hücumu
Baş nazir qərar imzaladı
Metroda problem yaranıb
Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib
Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov
Baş nazir Tiflisə səfərə gedib
Bu ərazilərdə qaz olmayacaq


01.07.2022  10:44 

İyulun havası - İsti olacaq...





A+  A-

İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə bir qədər az olacağı ehtimal olunur.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, birinci ongünlüyün birinci yarısında əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsada şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti , gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 38-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 2-3 mm).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 38-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-16 mm).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 19-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 36-73 mm).

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 38-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir.

Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 9-118 mm).
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüzlər 32-37 dərəcə isti, bəzi günlərdə 40-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 3-22 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 23-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 7-33 mm).

Xəbər 2770 dəfə oxunub.




22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq


BÜTÜN XƏBƏRLƏR +