Rusiyaya casusluq edənlər saxlanıldı
“Apple” “iPhone 19”u satışa çıxarmayacaq -Səbəb açıqlandı
Bu rayonlarda qaz olmayacaq
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
Bu universitetə 39 milyon vəsait ayrılacaq
Pezeşkian Azərbaycan dilində şeir oxudu -VİDEO
“BakuBus”dan dünənki video ilə bağlı - Açıqlama
Tanınmış aktrisa vəfat etdi -FOTO
Jurnalist bu ölkədə saxlanıldı -FOTO
Jurnalistlərin maşını dronla vuruldu: 2 ölü -FOTO


13.06.2018  11:58 

Ali məktəblərə sənəd qəbulu başa çatır





A+  A-

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə – yay imtahanı) tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 14 iyun saat 23:59-dək davam edəcək.
XəzərNews.az-ın xəbərinə görə, bu gün saat 10.45-ə olan məlumata əsasən, yay qəbul imtahanında iştirak üçün ümumilikdə 51 555 nəfər abituriyent (47 346 nəfər Azərbaycan bölməsi, 4209 nəfər rus bölməsi) qeydiyyatdan keçib.

Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yaz imtahanına qeydiyyatı olub yay imtahanına da qeydiyyatdan keçən abituriyentlərin sayı isə 49899 nəfərdir.

Qeyd edək ki, ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə – yay imtahan) tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu mayın 17-dən iyunun 14-dək internet vasitəsilə aparılır.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə (yaz və yay sessiyaları) keçirilir və abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər.

İlk qəbul imtahanı (yaz sessiyası) II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçirilib. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qrupları üzrə isə iyulun 26-da keçiriləcək.

Xəbər 2873 dəfə oxunub.




23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq

23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək

23.10.2025  12:15 

Zelenski: Bunu çoxdan gözləyirdik

23.10.2025  11:42 

Çin Putinə xəbərdarlıq edib?


BÜTÜN XƏBƏRLƏR +