Bu idarə 300 min manatlıq dəftərxana ləvazimatı alıb
Klinikanın külli miqdarda vergi borcu var
İlham Əliyevə qazaxların milli geyimi hədiyyə olundu
Polşada təxribatda şübhəli bilinən 8 nəfər saxlanılıb
Yeni nazir kim olacaq?
Leysan olacaq, dolu düşəcək - Hava
Azərbaycanlı reper Ukrayna müharibəsində həlak olub?
“Bakubus”un avtobusu bulvara girdi - Açıqlama
“Orta dəhlizin inkişafı” layihəsinin təqdimatı oldu - Foto
Kanada Netanyahunu həbs edəcək


07.02.2017  10:58 

“Görməmişəm ki, kimsə mənə rəğbət göstərsin” - Aqil Abbas





A+  A-

 

Millət vəkili Aqil Abbasın sosial şəbəkələrdə tanınmış jurnalistlər Elçin Şıxlı və Qulu Məhərrəmli ilə fotosu paylaşılıb.

XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, fotoda Aqil Abbas Elçin Şıxlıya tərəf əlini uzadaraq nə isə deyir. Bu məqam istifadəçilərin marağına səbəb olub və Aqil Abbasın burada hansı fikri söyləməsi müzakirə obyektinə çevrilib.

Aqil Abbas sayta açıqlamasında bildirib ki, sosial şəbəkələrdə hər zaman onu tənqid edirlər: “Hələ indiyə qədər görməmişəm ki, sosial şəbəkədə kimsə mənə rəğbət göstərsin. Ancaq bəlkə də ən azı mindən çox adama köməyim dəyib. İndi də haqqında danışılan şəkil çəkiləndə mən Elçin Şıxlıya deyirdim ki, İsmayıl əmidən sonra Kür yetim qalıb. İnanın ki, bax belə də deyirdim həmin vaxt. Mən Kürün sahilinə tez-tez gedirəm. İsmayıl əmidən (İsmayıl Şıxlı-red.) sonra həqiqətən də Kür yetim qalıb. Onun dəliliyi gedib”.

Aqil Abbas bildirib ki, sosial şəbəkədə Azərbaycanın həqiqi söz deyən adamlarını xaricdən maliyyələşən bir qrup şəbəkə istifadəçisi susdurmaq istəyir: “İstəyirlər ki, danışmasınlar. Çünki düşünürlər ki, doğru sözü, həqiqəti söyləyən adamları susdurmaq lazımdır. Onlar buna çalışırlar və müəyyən mənada da susdura bilirlər. Çünki adamlar abır-həyalarına qısılırlar”.



Xəbər 3322 dəfə oxunub.




21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +