Bu avtobusların hərəkət sxemi dəyişdirilir?
Müavinləri də saxlanılıb? - RƏSMİ AÇIQLAMA
Rus ordusu bir neçə yaşayış məntəqəsini işğal edib
Bakı rayonları korrupsiya əməliyyatlarından niyə kənarda qalır?
Axşam küçəyə çıxa bilmirik... - Montoneqroda yaşayan azərbaycanlı
Azərbaycanın rəsmi cavabını gözləyirik - Əraqçı
Xaçmazda yeniyetmə anasını qətlə yetirdi
Şimal nağıllarında təsvir edilən cənnət - Kanada
Rusiya kəşfiyyatına bağlıdırlar, növbə onlara çatıb - Siyasi şərhçi
Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxılıb


28.10.2025  12:10 

Hakimiyyətdəki müxalifət: Görünməyən şəbəkələrin oyunu





A+  A-

Hakimiyyətlər monolit və bölünməz təsir görüntüsü yaratmağa çalışsa da, bu fasadın arxasında həmişə daxili müqavimət və rəqabət mövcuddur. Gizli müxalif infrastrukturlar fərdi təşəbbüslərdən deyil, sistemin öz daxilində formalaşan qeyri-rəsmi şəbəkələrdən ibarətdir.

Bu şəbəkələr formal olaraq hakim kursu dəstəkləsələr də, faktiki olaraq onu zəiflətmək, dəyişdirmək və ya öz maraqları istiqamətində yönləndirmək məqsədi güdürlər.
Onların yaranması elita daxilindəki ideoloji və texnokratik ziddiyyətlər, şəxsi ambisiyalar və təsir uğrunda mübarizələrlə bağlıdır.

Şəbəkələr məmurlar arasında sadiqlik, qohumluq və korporativ və şəxsi münasibətlər əsasında formalaşır, aydın lider strukturu olmadan, qarşılıqlı fayda və məlumatlılığa əsaslanaraq fəaliyyət göstərirlər.

Bu, sistemin öz nüvəsində doğulan “daxili müxalifət” formasıdır.

Onların fəaliyyəti, adətən, səssiz və dolayı olur: şəxsi əlaqələr, qeyri-rəsmi razılaşmalar, informasiya manipulyasiyası və təsir mübadiləsi vasitəsilə sistemin içindən işləyirlər. Aşkar edilmələri çətindir, çünki açıq liderlik və struktur mövcud deyil.

Bu şəbəkələrin fəaliyyət istiqamətləri bunlardır:

• Media və sosial şəbəkələr vasitəsilə məqsədli məlumat sızmaları və dezinformasiya;
• Qərarların icrasında proseslərin ləngidilməsi və imitativ icra yolu ilə səssiz sabotaj;
• Bürokrasiyada passiv müqavimət və daxili tormozlayıcı təsirlər;
• Məmurlara sadiq qruplar vasitəsilə alternativ təsir mərkəzlərinin formalaşdırılması;
• İnformasiya axınlarının və kadr siyasətinin idarə edilməsi;
• Ekspertlər və media üzərindən elita daxilində “daxili ictimai rəy”in formalaşdırılması.

Bu proseslər sistemin daxili və ya dayaqları arasındakı balansı dəyişmək strategiyasına xidmət edir.

Məqsəd - idarəetmə mexanizmlərini deqradasiyaya uğradaraq sistemin dağılma mərhələsini sürətləndirməkdir.

Belə şəbəkələrin mövcudluğu vaxtında tənzimlənmədikdə, sistemin sabitliyi pozulur, gizli müxalif qüvvələrin destruktiv fəaliyyəti aktivləşir və nəticədə legitimlik böhranı yaranır.

Bu, elita daxilində kənardan təsirlənmiş ideoloji qütbləşməni dərinləşdirir və yeni siyasi düzənə hazırlıq mərhələsini başlayır.

Daxili müxalifətin fəaliyyəti həmçinin hakimiyyətin təşəbbüslərini səssiz sabotajla zəiflətmək, rəhbərliyin nüfuzunu zədələmək və ictimai etimadı sarsıtmaq məqsədi daşıyır.

Təhlükəsizlik, biznes və ideoloji sahələrdə paralel təsir mərkəzləri formalaşır.
Beləliklə, dövlət institutlarında inamı aşındıran, ikili funksionallığa malik dağıdıcı bir xaos meydana gəlir.

İkili sadiqlik vəziyyətində olan məmurlar üzdə ali rəhbərliyə sədaqət nümayiş etdirərək, daxildə müxtəlif qütblü şəbəkələrin maraqlarına xidmət edirlər.
Bu, dərin etimadsızlıq atmosferi yaradır, hakimiyyəti təcridə sürükləyir və onu reallıqdan uzaqlaşdırır.

Əvəzində isə gizli şəbəkə güclənərək alternativ, rasional qərarverici mərkəzə çevrilir.

Yeganə Hacıyeva,
Mətbuat Şurası İdarə Heyyətinin üzvü


Xəbər 1274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +