Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


13.08.2021  10:17 

“Əfqanıstan xalqı bizimlə olmaq istəyir” - “Taliban”





A+  A-

Əfqanıstanın bir sıra iri şəhərlərinin qısa zamanda “Taliban”ın nəzarətinə keçməsi hərəkatın ölkə xalqı arasında dəstəklənməsindən xəbər verir.
XəzərNews.az xəbər verir ki, bu barədə hərəkatın siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim “Al Jazeera” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, əfqan əyalətləri könüllü olaraq taliblərin hakimiyyətini qəbul edirlər, heç bir güc tətbiqi yoxdur.

“Əfqanıstan xalqı bizimlə olmaq istəyir və bizi alqışlayır, ölkənin böyük şəhərlərinin sürətlə təslim olması buna sübutdur”, - Naim deyib.

Taliblərin siyasi ofisinin spikeri qeyd edib ki, hərəkat hakimiyyətə gələndən sonra bütün ölkələrlə balanslaşdırılmış münasibətlər yaratmaq niyyətindədir, “Taliban”ın qonşu ölkələrlə problemləri yoxdur.

“Biz siyasi yol üçün qapını bağlamayacağıq. Biz Dohada keçirilən görüşdə siyasi baxışımızı təqdim etdik”, - o əlavə edib.

Xəbər 3414 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +