Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır?
Nazirlik 10 milyonluq tender elan edib
Şəxsiyyət vəsiqələri artıq belə olacaq - FOTO
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
108 nəfərin diplomu tanınmayıb - Rəsmi
Eldar Mahmudov istintaqa çağrılıbmı?
Ramiz Mehdiyev yaxın adamını necə səfir göndərib?
Tramp Rusiyaya da təhlükəsizlik zəmanəti təklif edib?
AZAL-a məxsus təyyarə Rusiyada məcburi eniş edib
İtkin düşmüş 9 nəfər polis tərəfindən tapılıb


05.03.2018  20:29 

Kim Çen In Cənubi Koreyaya jest etdi





A+  A-

Şimali Koreya Xalq Demokratik Respublikasının lideri və prezidenti Kim Çen In Koreya Respublikasından olan qonaqlara ziyafət verib.
“Sədr Kim Çen In hal-hazırda Koreya Respublikasından olan xüsusi heyətə ziyafət verir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Koreya Respublikası prezident administrasiyası mətbuat katibi Kim In Qem məlumat yayıb.

Martın 5-də Pxenyanda keçirilən qala yeməyində ilk dəfə olaraq Cənubi Koreyadan olan heyətə Koreya Respublikasının prezidentinin xüsusi nümayəndəsi Mun Ce İn başçılıq edir.

Koreya Respublikasının heyəti Pxenyana ABŞ-la aparılacaq danışıqlara əsnasında gəlib.

Bu KXDR-in lideri Kim Çen Inın Cənubi Koreyadan olan xüsusi nümayəndə heyyəti ilə ilk görüşməsidir. Ziyafət yerli vaxtla saat 18-də ( Bakı vaxtı ilə 13:30-da) başlayıb.

“Cənubi Koreya tərəfi Kim Çen Inın görüşdə iştirakını Şimalla münasibətlərin yaxşılaşmasına işarə kimi qiymətləndirir.” Rusiyanın “TASS” agentliyi bunu Cənubi Koreya mətbuatına istinadən bildirir.

Mən nəinki Şimalla Cənub arasında həmçinin, Şimalla bütün dünya arasında danışıqların müxtəlif yollarını müzakirə etməyi planlaşdırıram”- deyə Koreya respublikasının Prezident yanında mili təhlükəsizlik idarəsinin rəhbəri Çon Iy En pxenyana səfərindən əvvəl qeyd edib.

Kim In Qem və Çon Iy Enlə birgə heyətə, həmçinin Milli Kəşfiyyat İdarəsini direktoru So Xun, Birləşmə naziri müavini Çxon Xe Son və digərləri də daxildir.

Qeyd edək ki, Pxençanda keçirilən Olimpiadada iştirak edən Kim çen Inın bacısı Koreya Respubliksı Prezidentini yaxın zamanlarda Pxenyanı ziyarət etməyə dəvət edib.

Xəbər 2954 dəfə oxunub.



19.10.2025  16:49 

Akif Məmmədov saxlanıldı

19.10.2025  16:28 

Türkiyədə zəlzələ baş verib

19.10.2025  16:25 

Sabahın havası açıqlandı

18.10.2025  18:00 

Hava limanında yanğın


BÜTÜN XƏBƏRLƏR +