Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


16.10.2025  12:30 

İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.

Görüş zamanı qonağın Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakı yüksək qiymətləndirilib. Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, şəhərsalma sahəsində aparılan aktual müzakirələrin əhəmiyyətini vurğulayıb.

Tərəflər Azərbaycan ilə UN-Habitat arasında tərəfdaşlıq çərçivəsində bir neçə milli şəhərsalma forumunun uğurla keçirildiyini məmnunluqla qeyd ediblər.

Söhbət zamanı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə toxunulub. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin inşasında yeni, müasir şəhərsalma modeli tətbiq olunur.

Anaklaudia Rossbax Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına göstərdiyi dəstəyə və könüllü maliyyə töhfələrinə görə təşəkkür edib. O, COP29-un Azərbaycanda uğurla keçirildiyini qeyd edərək, tədbirdə iqlim gündəliyinin urbanizasiya fəaliyyəti ilə əlaqələndirilməsini mühüm təşəbbüs kimi dəyərləndirib.

Görüşdə, həmçinin 2026-cı ildə Azərbaycanda keçiriləcək BMT-nin ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, bu tədbirin də digər beynəlxalq toplantılar kimi yüksək səviyyədə təşkil olunacağına əminlik var.

Söhbət zamanı Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 1209 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +