Putin Ukrayna konfliktinə son qoymaq istəyir -Tramp
Tramp-Zelenski arasında görüşü keçirilir - Foto/Yeniləndi
Rusiyada güclü partlayış
Klub prezidenti öldürüldü -FOTO
Finlandiyadan bu ölkəyə milyonluq yardım...
Havaya qalxdı, Bakıda təcili eniş etdi -Təyyarədə nə baş verib?
İcra başçısı olacaq?
Mehriban Əliyeva Roma Papası ilə görüşüb -FOTO
Evlərində axtarış aparılıb
Mehdiyevlərin ölkədən çıxışına qadağa qoyuldu


16.12.2021  12:04 

Təhsilsiz adamın müəllimliyi... - Təhsil Nazirliyi niyə susur? YOXLAMA





A+  A-

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılıb.

Yoxlamalar nəticəsində məktəbdə ciddi nöqsanlar aşkarlanıb, direktor Çinarə Atayeva və onun qurduğu “şəbəkənin” qanunsuz fəaliyyətləri üzə çıxıb.

Təhsil Nazirliyində yaradılmış Komissiya tərəfindən həyata keçirilən yoxlama zamanı məlum olub ki, direktor müavini Pərvanə Qarayevanın bacısı İlhamə Vəliyevaya qanunsuz dərslər verilib, onun fəaliyyəti isə başqa müəllimlərin adına rəsmiləşdirilib. Buna səbəb isə İlhamə Vəliyevanın təhsilinin olmamasıdır. Müəllimlər qeyd edirlər ki, illərlə İlhamə Vəliyevanın dərs dediyi şagirdlər və onun valideynləri bu formada aldadılıb və proses ən azı 4 ildir belə davam edib.

Bu yolla hər ay müəllimlərin adlarına dərslər rəsmiləşdirilərək, qanunsuz pullar mənimsənilib.

Bundan əlavə, məktəbin ana dili və ədəbiyyat müəllimi Mədinə Hətəmli direktor Çinarə Atayeva ilə əlbir olaraq saxtakarlığa yol verib (onun adına rəsmiləşdirilən dərsləri İlhamə Vəliyeva keçib) və izahatında yalan məlumatlar bildirib.



Həmçinin, yoxlamalar zamanı bir çox siniflərdə şagirdlərin ümumiyyətlə, məktəbə gəlmədikləri müəyyən olunub.

Məktəbdə çalışan müəllimlər qeyd ediblər ki, hazırda araşdırmaya 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi cəlb edilib. Müəllimlər və direktor müavinləri mərkəzə dəvət olunaraq, izahatları alınır.

Məsələ ilə bağlı adları qeyd olunan şəxslərin fikirlərini öyrənmək mümkün olmadı.
Məktəbdən bildirildi ki, Abşeron Təhsil İdarəsinin icazəsi olmadan açıqlama vermək ixtiyarları yoxdur.

Abşeron Təhsil İdarəsinin yeni rəhbərini isə nə kabinetində tapmaq mümkün oldu, nə də mobil telefona cavab verdi.

Təhsil Nazirliyi də susqunluq nümayiş etdirməyi seçdi.

Yoxlamanı aparan komissiya üzvləri də nəticələr barədə məlumat verməkdən boyun qaçırdı.

Komissiyanın Nuranə adlı üzvü yoxlamların gedişatı və aşkarlanan qanun pozuntuları barədə mətbuata açıqlama vermək səlahiyyətində olmadığını dilə gətirdi./Bakupost.az


Xəbər 3326 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +