Baş direktor vəzifəsindən azad edilib
Tehranda erməni xristian icmasının şərəfinə yeni metro... - Foto
Məktəb bağlandı, şagirdlər təhsildən qaldılar?
Metroda problem, qatarlar tuneldə qaldı
Xalq artisti vəfat etdi
Yaxın Şərq Sülh Sammiti: Hədəf kimdir?
Məsələ Mehdiyevin neytrallaşdırılması olsaydı... - Siyasi şərhçi
Pezeşkian məmurları sərt tənqid etdi
Sərhədlərlər bağlı YENİLİK
Ukrayna 7 milyard ayırdı, buna görə...


16.12.2021  09:34 

KAMAL CƏFƏROV ADLI ÇƏPİK ÇALANIN ESKİZİ





A+  A-

Milli Məclisdə KAMAL CƏFƏROV adlı çəpik çalanlarından birisini SABİR RÜSTƏMXANLInın hesabına tanıdım. Tanıdım və üzüldüm. Üzüldüm ki, bu zamanın yumurtaları nöşün belə lax çıxır...

Belə açıqlamalardan da apaydın görünür ki, qul psixologiyasına mənsub olmaq Azərbaycanı çıxılmaz labirintə sürükləyir!

Çox təəssüflər olsun ki, bu kamallar hələ də anlamaq istəmirlər ki, əslində, belə açıqlamalarla o və onunkimilər birbaşa dövlət başçısının əməllərinə kölgə salırlar.

İlham Əliyev hər zaman öz çıxışlarında obyektiv tənqidə açıq olduğunu ortaya qoyub, söz azadlığına, fikir plüralizminə böyük önəm verib, cəmiyyətdə sağlam mühitin yaradılması üçün hər zaman qarşılıqlı anlaşmanın, dialoqun yanında olduğunu çəkinmədən bəyan edib. Haqq üçün bu istiqamətdə bir çox addımlar da atılıb.

Təqdirəlayiq haldır ki, cənab Prezident onu da açıq mətnlə bildirib: "Məmurlar mənim yerlərdə olan nümayəndələrimdir və xalqa xidmət etmək onların bir nömrəli vəzifələridir. Mən fəxr edirəm ki, xalqımızın bir nömrəli xidmətçisi mən özüməm"..

Sual olunur: Ey Kamal adlı Cəfərov soyadlı "cavan deputat", öyləsə Sizin "necə olur ki, Sabir müəllim Ali Baş Komandanı tənqid edə bilir, onun təqdim etdiyi sənədə kosmetik sənəd deyir" - deyə yazdığınız açıqlama hansı gülünc təxəyyülün məhsuludur?

YAXUD, başqa bir açıqlama: "Sabir müəllim, Azərbaycan bizik, Milli Məclis bizik, daha çox bizik. Gənc deputat kimi istənilən məsələdə fikirlərimizi də ifadə etməkdə sərbəst və səlahiyyətliyik. Hesab edirəm ki, elə daha çox bizim mənəvi hüququmuz var".

Sən heç bilirsənmi "mənəvi haqq" nə olan şeydi, Kamal deputat? Sənin hansı dədən, baban Rüstəmxanlı qədər düşmən önünə publisistik sədd çəkib ki, onlardan olan sən də bunca özündən müştəbehcəsinə Ağsaqqal qarşısında sinə qabardırsan!?..

Sən bəyəm bu gün kosmosdan Azərbaycana gəlmisən, cənab "cavan deputat"? Bilmirsən Azərbaycanda nə qədər işsizlər ordusu var, Azərbaycan vətəndaşının real gəlirləriylə yaşam xərcləri arasındakı tərs mütənasibliyi bəyəm sən bilmirsən?

Əcəba, siz deyən kimi Azərbaycanda gül gülü bülbül bülbülü çağırırsa, onda nədən cənab Prezident sosial iqtisadi inkişafa dair Proqram qəbul edir? Bakı və Bakıətrafı kəndlərin, regionların abadlaşdırılması üçün paralar ayrılmasına göstərişlər verir?..

Sabir Rüstəmxanlı da bax həmin Proqram və qərarlar çərçivəsində yol verilən nöqsanlardan danışır, aşağılar doğru-dürüst məlumat vermədiyindən yuxarını da bundan xəbəri olmaya bilər və müzakirəyə yönəldilən məsələlərdə hansısa məqamlar qaça bilər. Rüstəmxanlı da bunların üzə çıxarılmasında maraqlıdır. Sizlərsə çəpik ÇALMAQLA gerçəyi pərdələyir və şübhəsiz ki, bu da birbaşa Prezidenti aldatma anlamına gəlir. ANLADA BİLDİMMİ, CƏNAB YAŞI RÜSTƏMXANLININ SİYASİ TƏCRÜBƏSİNDƏN DƏ AZ OLAN "CAVAN DEPUTAT"?

Prezident hansısa sənədi Milli Məclisə göndərirsə, bunu müzakirə üçün göndərir, zorən, oxunmadan qəbul üçün yox!

Əslində, sən verdiyin açıqlama ilə məntiqlə dövlət başçısı İlham Əliyevin avtoritar obrazını cəmiyyətə təqdim edirsən.

Nə zamandan Prezidentin göndərdiyi sənəd müzakirədən keçməmiş avtomatik olaraq qəbul edilir və edilib?

Nədir bu eskiz, kimlərə göstərirsiniz bu eskizi?

Nədən sən və səninkimilər İlham Əliyevin demokratiya istiqamətində atdığı addımlara kölgə salmağa çalışırsınız?..

Sabir Rüstəmxanlının siyasi çəkisiylə müqayisədə siz "cavan deputatlar"ın əzələ nümayiş etdirməyinin və çəpik çalmağınız çox gülünc və düşük görünür. Rüstəmxanlı bütün həyatını dövlətin varoluşuna qurban verib, bu dövlətin məddah donunda yuvarlamayın!
Sizlər hələ siyasətin beşiyinə kimlər tərəfindənsə qoyulanda Sabir Rüstəmxanlı milli və dövləti maraqlarımızın təminatı uğrunda imperiyalarla çarpışıb onun varoluşu, ayaqda durması üçün mücadilə edirdi və indi də edir...

Gedin Rüstəmxanlıya minnətdar olun ki, nə qədər utancverici olsa da, Sabir bəyə atdığınız daşa görə cəmiyyətin bir üzvü olaraq mən Sizi tanıdım. AMMA VƏ LAKİN ...ən azından ayıbdır...adam belə baş saxlamaz.. Sizdə günah yoxdur, günah dövrün yumurtalarında, hüceyrələrində, embrionlarındadır...

İgid TEYMURLU

Xəbər 3644 dəfə oxunub.




15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi

15.10.2025  10:20 

Xalq artisti vəfat etdi

15.10.2025  10:00 

Rəisini SEPAH niyə öldürdü?

15.10.2025  01:55 

Sərhədlərlər bağlı YENİLİK

15.10.2025  01:50 

Ronaldo rekordu yenilədi

15.10.2025  01:30 

Avtobusda yanğın, ölənlər var

15.10.2025  00:35 

Tramp Makronu ələ saldı

15.10.2025  00:32 

Bu ərazidə qaz olmayacaq

15.10.2025  00:28 

İnstaqramda yeni qayda

15.10.2025  00:21 

Kiyev işıqsız qaldı

15.10.2025  00:12 

Güclü zəlzələ baş verdi

14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO


BÜTÜN XƏBƏRLƏR +