İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


09.09.2021  09:07 

Almaniya və İtaliyadan darmadağın - DÇ-2022





A+  A-

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 6-cı tura yekun vurulub.
XəzərNews.az xəbər verir ki, son oyun günündə 5 qrup üzrə 12 qarşılaşma baş tutub.

B qrupunda İspaniya Kosovonun, İsveç Yunanıstanın qonağı olub. İspanlar inamlı qələbəyə sevinsələr də, isveçlilər məğlubiyyətlə üzləşib.

C qrupunda İtaliya evdə Litvanı darmadağın edib. İsveçrə isə səfərdə Şimali İrlandiya ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.

E qrupunda Belçika Belarusu minimal hesabla üstələyib. Uels – Estoniya matçında isə qol səsi eşidilməyib.

Gecənin maraqlı görüşlərindən biri I qrupunda baş tutub. Polşa millisi doğma meydanda İngiltərə yığmasını sınağa çəkib. Bu oyunda tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Bu qrupun digər oyunlarında Macarıstan Andorranı, Albaniya isə San Marinonu məğlub edib.

J qrupunda Rumıniya səfərdə Şimali Makedoniya ilə heç-heçə edib. Almaniya isə İslandiya ilə səfər matçında darmadağına sevinib.

DÇ-2022-nin seçmə mərhələsi
6-cı tur
8 sentyabr

B qrupu

Kosovo – İspaniya 0:2
Qol: Fornals, 32. F.Torres, 90.

Yunanıstan – İsveç 2:1
Qol: Bakasetas, 62. Pavlidis, 78 – Kayson, 80.

İspaniya – 13, İsveç – 9, Yunanıstan – 6, Kosovo – 4, Gürcüstan – 1

C qrupu

Şimali İrlandiya – İsveçrə 0:0

İtaliya – Litva 5:0
Qol: Kin, 11; 29. Utkus, 14-öz qapısına. Raspadori, 24. Di Lorenso, 54.

İtaliya 14, İsveçrə – 8, Bolqarıstan – 5, Şimali İrlandiya – 5, Litva – 0

E qrupu

Belarus – Belçika 0:1
Qol: Praet, 33.

Uels – Estoniya 0:0

Belçika – 16, Çexiya – 7, Uels – 7, Belarus – 3, Estoniya – 1

I qrupu

Macarıstan – Andorra 2:1
Qol: Salai, 9. Botka, 18 – Lovera, 82.

Albaniya – San Marino 5:0
Qol: Manay, 32. Laçi, 58. Broya, 61. Hüsay, 68. Uzuni, 80.

Polşa – İngiltərə 1:1
Qol: Şimanski, 90+2 – Keyn, 72.

İngiltərə – 18, Albaniya – 12, Polşa – 11, Macarıstan – 10, Andorra – 3, San Marino – 0

J qrupu

Ermənistan – Lixtenşteyn 1:1
Qol: Mxitaryan, 45+5-pen – Frik, 80.

Şimali Makedoniya – Rumıniya 0:0

İslandiya – Almaniya 0:4
Qol: Qnabri, 4. Rudiger, 24. Sane, 56. Verner, 89.

Almaniya, 15, Ermənistan – 11, Rumıniya – 10, Şimali Makedoniya – 9, İslandiya – 4, Lixtenşteyn – 1

Xəbər 3742 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +