Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?


07.04.2022  18:17 

Həkim jurnalisti təhdid etdi: “Sənin başını kəsdirərəm”





A+  A-

Jurnlaist Elşad Paşasoy övladının səhhəti ilə bağlı müraciət etdiyi həkim tərəfindən təhqir olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə E.Paşasoy öz sosial media hesabında məlumat verib.

E.Paşasoyun sözlərin görə, övladının səhhətində yaranmış problemlərlə əlaqədar pediator Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət etməyi məsləhət görüb. Həmçinin ona bu sahə üzrə mütəxəsis olan həkim Ələmşah Əliyevi tövsiyə edib.

"Ehtiramla müraciət etdiyim Ələmşah həkimdən “nə məsləhət görürsünüz, uşağı təkrar müayinə üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gətirimmi, soruşanda od götürdü. Sən hara zəng edibsən? Bilmirsənmi mən orda işləmirəm? TƏBİB oranı yaman günə qoyandan sonra mən çıxmışam, başqa yerdə işləyirəm, daha nələr.

Sakitcə dedim ki, doktor, mən uşağın səhhətinə görə narahatam, sizdən məsləhət istəyirəm. Əsəbi halda telefonu söndürdü.

Doğrusu, çox pis təsir etdi, təkrar yığdım ki, bəs siz həkimsiniz, vətəndaşa bu nə münasibətdir? Açdı “gül” ağzını: “axmaq”, “sənin başını kəsdirərəm, bilirsən mən kiməm?” Valideynlərimi təhqir etdi…Yəni belə bir əxlaq sahibi!!!"

Elşad Paşasoyun sözlərinə görə, TƏBİB məsələyə operativ reaksiya verib, hadisənin araşdırılacağını bildirib.

Sözügedən mərkəzdən isə jurnalistə bildirilib ki, həmin həkim bu cür anormal davranışlarına görə, işdən azad olunub.

"Amma səhiyyə adına xələl gətirən, vətəndaşı təhqir edən belə “həkim” mütləq cəzasını almalıdır. Hüquq-mühafizə orqanları səhiyyədə “at oynadan” belə birisinə mütləq hüququ anlatmalıdır! Özünə, öz valideyninə, öz peşəsinə hörmət etməyən başqasına da hörmət qoymaz! Vətəndaşa “sənin başını kəsdirərəm” deyən-özü də təkrar-təkrar-bir həkimin yeri səhiyyə deyil, müalicə mərkəzidir, ən azı!" - Elşad Paşasoy vurğulayıb.

Jurnlaist Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edərək həkimin təhdid və təhqirləri ilə bağlı ölçü götürülmsəini xahiş edib.


Xəbər 3742 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +