Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


18.10.2022  14:30 

Ətraf mühitin və su hövzələrinin qorunmasına dair layihə həyata keçirilir





A+  A-

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqini həyata keçirməyə başlayıb.

Layihənin məqsədi Azərbaycanda sahillərin və su hövzələrinin, sulardakı biomüxtəlifliyin, ətraf mühitin təmizliyinin qorunmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır.

Layihə çərçivəsində “ekosular.az” saytı yaradılıb. Saytda ətraf mühitin, o cümlədən, su hövzələrinin təmiz saxlanması, biomüxtəlifliyin qorunmasına dair araşdırma məqalələr, məlumatlandırıcı və maarifləndirici yazılar yayımlanacaq.

Bundan başqa, layihə çərçivəsində Bakıda və regionlarda Xəzər sahillərinin, çay və göllərin, su anbarlarının tullantılar və brakonyerliklə bağlı monitorinqi aparılacaq, həmçinin, “Su hövzələrimizi çirklənmədən və brakonyerlərdən qoruyaq” adlı buklet və layihə boyunca aparılmış monitorinqin nəticələrinə həsr olunmuş hesabat hazırlanacaq.

Xəbər 2580 dəfə oxunub.



25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +