“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


10.10.2025  23:26 

Bakıda "Rus evi" bərpa oluna bilərmi?





A+  A-

Putin fürsətçi adamdır. Belə ki, onun ötən gün Düşənbədə İlham Əliyevlə görüşməsindən sonra Rusiyanın "Rossotrudniçestvo" adlı qurumunda dərhal hərəkətlənmə başlayıb.

"Rossotrudniçestvo" xarici ölkələrdə "Rus Evi" (Russkiy dom) adlı mərkəzlərin fəaliyyətinin təşkili ilə məşğul olur. Bu, çox böyük bir şəbəkədir. Dünyanın təxminən 100-ə yaxın ölkəsində "Rus evi" mərkəzləri yaradılıb.

Lakin sözügedən mərkəzlərin əksəriyyəti birbaşa təyinatı üzrə, nizamnaməyə uyğun fəaliyyətlə yox, gizli casusluq işləri ilə məşğul olur.

Məhz bu səbəbdən də hazırda dünyanın bir sıra ölkələrində (o cümlədən Rumıniya, Slovakiya, Sloveniya, Moldova, Xorvatiya, Fransa, Çernoqoriya, Makedoniya və Latviyada) "Rus evi" mərkəzlərinin fəaliyyəti dayandırılıb. Çünki bu ölkələrin hökumətləri hesab edirlər ki, Kreml "Rus evi" mərkəzlərindən onların milli təhlükəsizliyinə zərər verən təbliğat (propaqanda) vasitəsi kimi istifadə edir və eyni zamanda, həm tarixi həqiqətləri təhrif edir, həm də yerli təsir agentlərini formalaşdıraraq onların arasında separatçılığı yayır, militarizmi təbliğ edir.

Xatırladaq ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə nota göndərildikdən sonra bu ilin fevralında Bakıdakı “Rus Evi”nin fəaliyyətinə də xitam verilib.

Lakin Putin və İlham Əliyevin görüşündən sonra “Rossotrudniçestvo” agentliyi Bakıdakı "Rus evi"nin yenidən fəaliyyətini bərpa edəcəyinə ümid bəsləməyə başlayıb.

"Rossotrudniçestvo"nun rəhbərinin müavini Pavel Şevtsov RİA Novosti-yə bildirib ki, "Bakıdakı "Rus evi"nin bərpası ilə bağlı konsensus tapmaq üçün Azərbaycanla əlaqə saxlayırıq".

Görünən budur ki, onlar Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda itirdikləri mövqeləri yenidən bərpa etməyə çalışırlar. "Rus evi" mərkəzləri isə bu işdə əvəzolunmaz vasitədir.

Kreml hazırda Rusiyadakı diaspor təşkilatlarımızın bağlanması və ya dekonsruksiya edilməsi ilə (öz maraqlarına uyğun yenidən formalaşdırmaqla) məşğul olduğu halda, Bakıda "Rus evi"nin fəaliyyətinin bərpa edilməsi qeyri-realdır. Yeri gəlmişkən, Avropa İttifaqının bir çox ölkələrində də "Rus evi" mərkəzləri potensial casus yuvası və propaqanda vasitəsi kimi nəzarətə götürülür.

Bəybala Mirzəyev

Xəbər 5156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +