Rəqəmlər həyatımızı necə dəyişir? - VİDEO
Hava limanında yanğın
Maşın kanala aşdı: 5 nəfər...
Bakının mərkəzində söküntü - VİDEO
Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman
ABB maşınlarını satır?
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI
DİN: Bir gündə 34 cinayətin üstü açılıb
Qızı da atası kimi adını villasına həkk etdirib - Foto
Arabaçının adına 5 şirkət var, 54 min 441 manat da...


22.11.2022  16:12 

Babək Səmidlinin səsyazısında... - Fərhad Əhmədov - Video





A+  A-

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun işində yeni təfərrüatlar üzə çıxıb. Onun casusluq versiyası üzrə təqsirləndirildiyi və Azərbaycana qarşı topladığı informasiyaları xaricə ötürdüyü iddia olunur.

XəzərNews.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu illər ərzində Əhmədov pulun hesabına geniş informasiya şəbəkəsi yaradıb.

Bu siyahıda tanınmış şəxslər, sənət adamları, “ziyalılar” və media rəhbərləri də olub.

Onlar 44 günlük müharibənin gedişi ilə bağlı yüksək rütbəli zabitlərdən aldıqları informasiyaları Əhmədova ötürüblər. O isə öz növbəsində toplanılan səs yazılarını, audio və video faylları Rusiyaya verib.

İddia olunur ki, artıq xüsusi xidmət orqanlarında Əhmədova məlumat verənlərin siyahısı da var, hətta o şəxslərin adlarının açıqlanacağı bildirilir.

***

Yeniçağ.az saytının məlumatına görə, mərhum polkovnik Babək Səmidlinin müharibə ilə bağlı yayılan səsyazısında sualları verən şəxs Fərhad Əhmədov olub. Müharibə bitər-bitməz Fərhad Əhmədovla Babək Səmidlinin maşında gedərkən söhbət etdikləri və bu zaman da milyarderin onun səsini yazdığı düşünülür. Babək Səmidlinin 23 noyabr 2020-ci il tarixində minaya düşərək şəhid olmasından bir neçə gün sonra, təxminən dekabr ayının 17-18-də məlum səs yazısı sosial şəbəkədə yayılmışdı. Saytın əldə etdiyi məlumata görə, şəhid ailəsinin xahişi ilə həmin səs yazısı saatlar sonra sosial şəbəkədən silinmişdi.

Həmin səs yazısının orijinalında danışan şəxsin Fərhad Əhmədov olması aydın bilinir. Onu da qeyd etmək lazımdır ki, Fərhad Əhmədovla Babək Səmidlinin Suqovuşanda, gölün kənarında video görüntüləri də internet resuslarında mövcuddur.



Xəbər 2539 dəfə oxunub.




18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +