AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı
Mərhum meyxanaçının qızı həbs olunub
Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır?
Nazirlik 10 milyonluq tender elan edib
Şəxsiyyət vəsiqələri artıq belə olacaq - FOTO
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
108 nəfərin diplomu tanınmayıb - Rəsmi
Eldar Mahmudov istintaqa çağrılıbmı?


30.09.2022  09:35 

Millət vəkili tıxaclardan danışdı





A+  A-

“Tıxaclar çox zamanımızı alır. İldən-ilə avtomobillər çoxalır, yollar isə yox. Bütün dünya belədir. Amma, dünya buna çarəni ictimai nəqliyyatın keyfiyyətini artırmaqla və metro tikintisi ilə nail ola bilir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Razi Nurullayev çıxış edib.

Millət vəkili bildirib ki, vətəndaşın avtomobilindən düşüb ictimai nəqliyyata minməsi üçün gərək rahat və əlçatan ictimai nəqliyyat olsun:

“Bir də metro tikintisini çox, lap çox sürətləndirməliyik. Layihə də təsdiq olunub. Sadəcə ciddi maliyyə mənbəyi lazımdır. Metro bizdə sosial layihədir əslində. Metropolitenin özü-özünü maliyyələşdirilməsi üçün qiymətlərin 3-4 dəfə artması baş verə bilər. Bu isə mümkün deyil və etmək də olmaz. Çünki, kasıbın istifadə etdiyi ucuz nəqliyyat metrodur. Qalır bir yol. Metroya sosial layihə kimi yanaşıb metro tikintisini dövlət büdcəsindən tam olaraq maliyyələşdirmək”.

Xəbər 7773 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2025  16:49 

Akif Məmmədov saxlanıldı

19.10.2025  16:28 

Türkiyədə zəlzələ baş verib

19.10.2025  16:25 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +