Ramiz Mehdiyevin oğlu hərbi xidmətdən yayınıb?
Rusiyada yanacaq qıtlığı: Ölkədə nə baş verir?
Zelenskidən Rusiyaya xəbərdarlıq: Biz heçnə...
Keçmiş nazirə “stop” qoyuldu -İDDİA
Zahid Oruc barəsində yazılanlara münasibət bildirib
Fəzail Ağamalının Ramiz Mehdiyevə məktubu üzə çıxıb
Türkiyədə zəlzələ baş verib
Sabahın havası açıqlandı
PUA hücumu: Bu ölkədə qaz idxalı dayandırıldı
Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar


22.10.2020  12:10 

“Əhali özünümüalicədən çəkinməlidir”





A+  A-

“İyul ayının 1-dən etibarən yüngül əlamətləri olan xəstələri ev şəraitində müalicə edirik. Çox nadir hallarda poliklinikanın dəstəyi ilə ev şəraitində müalicə alan xəstələr arasında ağırlaşmalar baş verir. Bu, daha çox “COVİD” testi müsbət olanlarda deyil, pnevmoniyalı xəstələrdə olur”.
XəzərNews.az xəbər verir ki, bunu AzTV-yə müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya–Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib.

O qeyd edib ki, xəstəliyin ilk simptomları yarananda, bizdə bir çox hallarda həkim təyinatı olmadan antibiotikdən istifadə edilir. Lakin bu zaman həmin xəstələrin vəziyyətində yaxşılaşma deyil, pisləşmə yaranır. Əksər hallarda ağırlaşmalar gec müraciətlərlə bağlıdır. Ona görə də əhali özünümüalicədən çəkinməlidir: “İnsanlar bu virusdan qorunmaya diqqəti daha da artırmalıdırlar. Bir müddət əvvəl xəstəliyin dinamikasındakı azalma həm dövlət səviyyəsində aparılmış işlərin, həm də əhalinin virusa daha ciddi yanaşmasının nəticəsi idi. Lakin cəbhədəki hadisələrlə bağlı virus ikinci plana keçdi. Diqqətimiz Qarabağdakı hadisələrə yönəldi. Əlbəttə bu, qürurvericidir, şərəflidir, lakin həm də sağlamlığımız önəmlidir”.

N. Mürsəlova bildirib ki, karantin rejiminin tələbləri hələ qüvvədədir, buna uyğun olaraq yas və toy mərasimləri qadağan olunub. İnsanlar bunu unutmamalıdırlar: “Şəhidlərin dəfn mərasimlərinə insanların kütləvi toplaşması yoluxmaların artmasına səbəb olur. Biz evinə şəhid gələn ailələri gözəl anlayırıq. Lakin bizə sağlam ordu, sağlam hərbçilər lazımdır. Buna görə öz sağlamlığımıza fikir verək, ətrafımızdakı insanları yoluxdurmayaq ki, bu virus ordumuza da gedib çıxmasın. Hazırda payız-qış mövsümü irəlidədir, insanların immun sistemi onsuz da zəifləyir. Ona görə də respirator xəstəliklərdə artım olacaq”.

Səhiyyə Nazirliyinin rəsmisi həmçinin ötən 5 illə müqayisədə qrip virusunun yayılmasında artım olmadığını bildirib: “Ötən 5 ilin qriplə bağlı məlumatlarını müqayisə elədik. Məlum oldu ki, hazırkı dövrdə digər 5 illə müqayisədə qripə yoluxmada artım yoxdur. İnsanlar “COVİD”dən qorunaraq həm də digər infeksion xəstəliklərdən qorunublar. Həmçinin hələ havaların soyumaması, insanların məsafə saxlaması də buna şərait yaradır”.

Xəbər 3193 dəfə oxunub.




19.10.2025  16:49 

Akif Məmmədov saxlanıldı

19.10.2025  16:28 

Türkiyədə zəlzələ baş verib

19.10.2025  16:25 

Sabahın havası açıqlandı

18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?


BÜTÜN XƏBƏRLƏR +