Rəqəmlər həyatımızı necə dəyişir? - VİDEO
Hava limanında yanğın
Maşın kanala aşdı: 5 nəfər...
Bakının mərkəzində söküntü - VİDEO
Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman
ABB maşınlarını satır?
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI
DİN: Bir gündə 34 cinayətin üstü açılıb
Qızı da atası kimi adını villasına həkk etdirib - Foto
Arabaçının adına 5 şirkət var, 54 min 441 manat da...


27.01.2020  10:08 

Qubad İbadoğludan iş adamlarına çağırış - “Çinə getməyin!”





A+  A-

Tanınmış ekspert Qubad İbadoğlu Çində yayılan koronovirusun Azərbaycana təsiri ilə bağlı məqalə paylaşıb.
XəzərNews.az xəbər verir ki, Q. İbadoğlu qeyd edib ki, hazırda Çində yayılan ölümcül koronovirus epidemiyası ilə əlaqədar bəzi şəhərlərdə karantin elan edilməsi, yalnız Çində bu virusun qurbanlarının artması və digər ölkələrə də yayılması Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcək:

"İlk və daha ciddi təsir ticarət münasibətlərində hiss olunacaq. Çünki 2019-cu ildə Çin Azərbaycanın idxalda 3-cü böyük ticarət tərəfdaşı olub. Ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa, onda Azərbaycanda çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahaşmasına gətirib çıxara bilər.

İkincisi, Azərbaycan Təhsil Nazirliyi ilə Çin Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, hazırda 100-dən çox Azərbaycan vətəndaşları Çinin ali məktəblərində təhsil alır. Hesab edirəm ki, onların təhlükəsizliyi ilə əlaqədar olaraq təcili və təxirəsalınmaz işlər görülməlidir. Onlar müvəqqəti olaraq ölkəyə qaytarılmalıdırlar.

Üçüncüsü, bu proseslər son illər Çində yavaşayan iqtisadi artımı daha da aşağı salacaq, məcmu tələbi və təklifi azaldacaq.

Təbii ki, bu da Çində alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxaracaq. Bu səbəbdən də Çində enerji daşıyıcılarına tələb və dünya bazarında neftin-qazın qiymətləri aşağı düşəcək. Azərbaycan iqtisadiyyatı da bundan mənfi yöndə təsirlənəcək.

Nəhayət, Çindən Azərbaycana səfər edənlərin sərhəd keçid məntəqlərində tibbi yoxlamaları təşkil edilməlidir ki, virusun Azərbaycana girişinin qarşısı alınsın. Bununla yanaşı, bu ərəfədə Azərbaycandan Çinə səfəri planlaşdırılan iş adamlarını səfərlərini təxirə salmağa çağırıram. Risk etməyə dəyməz!"

Xəbər 3068 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +