Rəqəmlər həyatımızı necə dəyişir? - VİDEO
Hava limanında yanğın
Maşın kanala aşdı: 5 nəfər...
Bakının mərkəzində söküntü - VİDEO
Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman
ABB maşınlarını satır?
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI
DİN: Bir gündə 34 cinayətin üstü açılıb
Qızı da atası kimi adını villasına həkk etdirib - Foto
Arabaçının adına 5 şirkət var, 54 min 441 manat da...


19.03.2018  11:54 

Generalın bacısı oğlu professora 160 min “atıb”? - QALMAQAL





A+  A-

Türkiyə və Rusiyada həkimlik fəaliyyəti ilə məşğul olan professor Oktay Rəhimli Bakıda ev almaq istəyərkən dələduzluğa məruz qaldığını iddia edib.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən O.Rəhimli bildirib ki, 2013-cü ildə “Sahil-D” şirkətinin “Ramstore” yaxınlığında yerləşən binasından mənzil almaq üçün Ramin Nurəliyev adlı şəxsə 159 min 800 dollar ödəyib. Lakin 4 il keçsə də, mənzil ona təhvil verilməyib və araşdırma zamanı məlum olub ki, bu mənzil bir neçə şəxsə satılıb. Buna görə də problemli mənzil kimi məhkəmə predmetinə çevrilib. O.Rəhimli mənzil aldığı R.Nurəliyevin Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Arzu Daşdəmirovun bacısı oğlu olduğunu bildirib və əlavə edib ki, general bacısı oğlunu himayə etdiyi üçün məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərin heç bir nəticəsi olmur.

Həkim deyib ki, bu işdən general A.Daşdəmirovun da əvvəldən məlumatı olub:

“Ötən ilin ortalarında Arzu Daşdəmirov mənimlə əlaqə saxladı və qohumunun pulu ödəyəcəyini bildirdi. Biz noyabr ayında şikayət edəndən sonra isə general mənim vəkilimlə görüşüb və yenə də məsələnin həll olunacağını deyib. Amma heç bir nəticə yoxdur”.

Şikayətçi professorun vəkili İradə Cavadova açıqlamasında bildirib ki, məsələ ilə bağlı ötən ilin noyabr ayında Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edilsə də, heç bir istintaq hərəkəti aparılmayıb: “Martın 16-da Baş Prokurorluqdan bildirdilər ki, mənim ərizəm Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindədir və orada cinayət işi başlanılıb. Lakin bu cinayət işi həmin binanın tikintisini həyata keçirən şirkətlə bağlıdır. Bizim şikayətimiz isə, şirkətə aid deyil, pulu alıb mənimsəyən məhz Ramin Nurəliyevlə bağlıdır”.

İrəli sürülən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.

Xəbər 3140 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +