Rəqəmlər həyatımızı necə dəyişir? - VİDEO
Hava limanında yanğın
Maşın kanala aşdı: 5 nəfər...
Bakının mərkəzində söküntü - VİDEO
Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman
ABB maşınlarını satır?
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI
DİN: Bir gündə 34 cinayətin üstü açılıb
Qızı da atası kimi adını villasına həkk etdirib - Foto
Arabaçının adına 5 şirkət var, 54 min 441 manat da...


20.11.2017  10:06 

Məleykə Əsədova Xalq artistini məhkəməyə verdi: 200 minlik iddia





A+  A-

Aktrisa Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib.
XəzərNews.az bildirir ki, Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, noyabrın 22-də tərəflər Nəsimi rayon məhkəməsində üz-üzə gələcəklər. Məleykə Əsədova onun şərəf və ləyaqətini təhqir etdiyi üçün Ramiz Məlikə 200 min manat təzminat davası da açıb. Xəbəri Nəsimi rayon məhkəməsindən də təsdiqləyiblər.

Açıqlama verən Ramiz Məlikin özü də məlumatı inkar etməyib:

"Bəli, xəbər doğrudur. Məleykə məni məhkəməyə verib. Ayın 22-də ilk qarşılaşmadı. Amma getməyəcəm. Çünki əlimdə ona qarşı olan faktlar var, həmin sənədləri toplayıram. Məleykə çox səhv addım atır. O, əsəbi halda dediyim sözlərə görə məni ittiham edir. Yaxşı bəs siz deyin, əgər Məleykə mənim evimə zəng edib, yoldaşımı, qızımı təhqir edirsə, məni "oğraş”, "biqeyrət” adlandırırsa, mən buna susmalıyam? Məleykə mənim yoldaşıma "Ramizin o iki qız nəvəsini oğurlatdırıb, başlarına oyun açdıracam”, deyirsə mən sakit durub baxmalıyam? Əlbəttə, bir kişi kimi bu sözlər məni özümdən çıxartdı, mən də həmin ərəfədə kim zəng etdisə, hamıya bu barədə, sözsüz ki, əsəbi halda öz fikirlərimi dedim. Sonradan bu barədə saytlarda xəbərlərin yayıldığını gördüm. Halbuki, bu söhbətin ictimailəşdirilməsini istəmirdim. Amma yenə də insanlığıma, ərliyimə rəğmən açıqlama verərək bildirdim ki, aramızda anlaşılmazlıq baş verib. Məleykənin də qadınlığını nəzərə alaraq, üzrxahlıq etdim. Fikirıləşdim ki, eybi yox, qoy böyüklük məndə qalsın. Amma Məleykə yenə ikiüzlüyünü sübut etdi. Nəticədə, məni məhkəməyə verərək, 200 min pul tələb edir. Guya mən bunun şərəf və ləyaqətini təhqir etmişəm. Halbuki, o birinci olaraq, mənim evimə zəng edib, ailəmi, özümü, qızımı və nəvələrimi küçə söyüşləri ilə təhqir edərək, hədələyib. Bunu qadın, xalq artisti necə deyə bilər? Bu cür təhqirə hansı kişi dözər? Kim Məleykəyə ixtiyar verib ki, mənim ailəmi təhqir etsin? O elə bilirdi ki, ağzına gələni danışacaq, Ramiz də durub baxacaq? Mən Məleykəyə layiq olduğu cavabı vermişəm”.

Xatırladaq ki, xalq artistləri arasında söz-söhbət hər şey Məleykə Əsədovanın sosial şəbəkədə şortikdə yayımladığı şəklindən sonra başlayıb. Şəkli görən Ramiz Məlik rəy bölümündə "Məleykə, sənin adın var, bu cür şəkilləri bura qoyma, səni qınayırlar. Özünün və teatrın imicini qoru”, yazıb. Bunu özünə təhqir hesab edən Məleykə Əsədova xalq artistinin evinə zəng edərək, qarşı tərəfi təhqir edib. Ramiz Məlik isə qarşı tərəfi cavabsız qoymamışdı.

Xəbər 3614 dəfə oxunub.




18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +