Ramiz Mehdiyevin oğlu hərbi xidmətdən yayınıb?
Rusiyada yanacaq qıtlığı: Ölkədə nə baş verir?
Zelenskidən Rusiyaya xəbərdarlıq: Biz heçnə...
Keçmiş nazirə “stop” qoyuldu -İDDİA
Zahid Oruc barəsində yazılanlara münasibət bildirib
Fəzail Ağamalının Ramiz Mehdiyevə məktubu üzə çıxıb
Türkiyədə zəlzələ baş verib
Sabahın havası açıqlandı
PUA hücumu: Bu ölkədə qaz idxalı dayandırıldı
Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar


31.05.2017  15:17 

Cinayətlərə görə cərimələr fantastik həddə artırılır





A+  A-

Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində bir sıra maddələr üzrə cərimələrin artırılmasını nəzərdə tutan layihə müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, layihəni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O, qeyd edib ki, ötən müddətdə İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanması buradakı cərimələrə yenidən baxılmasını zəruri edib.

Komitə sədri bildirib ki, Məcəllənin 17 fəslində cərimələr 2-3 dəfədən 20 dəfəyə qədər artırılır.

Belə ki, qəsdən sağlamlığa yüngül zərər vurmağa görə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Zöhrəvi xəstəlikləri yaymağa görə 2500 manatdan 5000 manatadək miqdarda cərimə edilməsi təklif olunur.

Böhtana görə cərimələr 1000 manatdan 1500 manata qədər artırılır. Təhqirə görə isə cərimələr də eyni miqdarda artırılır. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatədək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə isə cərimənin miqdarı 500 manatdan 1000 manatadək artırılır. Oğurluq etməyə görə cərimənin miqdarı 1000 manatdan 2000 manatadək artırılır.

Layihə səsə qoyularaq qəbul edilib.

Xəbər 3224 dəfə oxunub.




19.10.2025  16:49 

Akif Məmmədov saxlanıldı

19.10.2025  16:28 

Türkiyədə zəlzələ baş verib

19.10.2025  16:25 

Sabahın havası açıqlandı

18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?


BÜTÜN XƏBƏRLƏR +