Rəqəmlər həyatımızı necə dəyişir? - VİDEO
Hava limanında yanğın
Maşın kanala aşdı: 5 nəfər...
Bakının mərkəzində söküntü - VİDEO
Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman
ABB maşınlarını satır?
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI
DİN: Bir gündə 34 cinayətin üstü açılıb
Qızı da atası kimi adını villasına həkk etdirib - Foto
Arabaçının adına 5 şirkət var, 54 min 441 manat da...


24.04.2017  18:32 

Azərbaycanda 7 milyon insan risk altında - SOS





A+  A-

Azərbaycanda 7 milyon insan malyariya xəstəliyinin riski altında yaşayır.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitalogiya şöbəsinin müdiri Süleyman Məmmədov bildirib.

O qeyd edib ki, ölkənin 80% ərazisi malyariyaya görə endemikdir:

"Əsasən Mil-Muğan, Lənkəran, Aran rayonları, Quba-Xaçmaz zonasında xəstəliyi yayan ağcaqanadların artıb çoxalması üçün münbit şərait var. Malyariyanı yayan ağcaqanadlar çirkab, bataqlıq sularda deyil, qamışlıq, bataqlıq sularda, şirin sularda çoxalırlar. Xəstəlik əsasən iyun-oktyabr aylarında qeydə alınır. Digər aylarda xəstəlik baş verərsə, deməli bu ötən ildən qalıb və indi büruzə verir. 1 iyul - 30 oktyabr tarixlərində qeydə alınan xəstəliyin əsas əlamətləri üşütmə, titrətmə, hərarət, tərləmədir".

S.Məmmədov əlavə edib ki, ölkədə yerli malyariya baş verməsə də, başqa ölkələrdən gətirilən tropik malyariya xəstəliyi müşahidə olunur.

Onun sözlərinə görə, hər il ölkədə 1-3 sayda xarici ölkələrdən gətirilən malyariya xəstəliyi qeydə alınır:

"Keçən il 1, 2015-ci ildə 2, 2014-cü ildə 4 belə hal baş verib. Bu xəstəliyin ildırım sürəti ilə yayıldığını, xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəli olduğunu nəzərə alsaq, ilk dövrdə aşkarlanıb lazımi tədbirlər görülməlidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı belə xəstə liklərin gətirilmə ehtimalı daha çoxdur. Məsələn, ötən illərdə keçirilən Gənclər Forumuna gələn afrikalı əməkdaşda bu xəstəlik aşkarlanıb və vaxtında aşkar edilərək lazımi tədbirlər görülüb. Həmin şəxs sağaldılaraq ölkəsinə göndərilib. May ayında isə Bakıda IV İslam Həmrəyliyi oyunları keçiriləcək. Oyunlara görə ölkəmizə əsasən ərəb ölkələrindən çoxsaylı turistlər, qonaqlar gələcək. İslam ölkələrində də malyariya xəstəliyi qeydə alınır. Buna əsasən bütün qabaqlayıcı tədbirlər görülüb. Ehtiyat dərman preparatları var və mütəxəssislər daima məlumatlandırılıb. Əgər şübhəli şəxs olarsa, ondan qan nümunəsi götürülüb mərkəzin referans laboratoriyasında yoxlanılacaq. Bununla bağlı bütün lazımi tədbirlərə hazırıq".

Xəbər 2708 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +