“Azercell” qiymətləri kəskin bahalaşdırıb... - 4 manat ödəyəcəyik
Qanun qadağan etsə də... - Sədr müavini 300 minlik sifariş alıb
Bakı Prosesi fərqli dini, etnik və siyasi - Nazir
Əli Həsənov 2 milyardlıq mülklərdən danışdı: “Heç biri ailəmin deyil”
Dadlı borş üçün... - Ukrayna resepti
Milyarder Süleyman Kərimovun 300 milyonluq yaxtası satıldı
Fiko Budapeştdə Putin-Tramp görüşünü alqışlayır
Ramiz Mehdiyev növbəti dəfə ifadə verib... - 7 saata yaxın
İki qadın oğurluq üstə saxlanıldı
Baş katib AQEM-in Baş katibi ilə görüşüb


14.10.2025  17:46 

“Karvan”da kabab yeməyə gəlmişdiz? - Aparat rəhbərinə sual





A+  A-

Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimlinin Biləsuvar rayonuna səfəri və səfərin səbəbi gizlədilib. Səfərin gizlədilməsi M.Kərimli ilə görüşmək, təhsillə bağlı problemləri ona çatdırmaq istəyənləri narazı salıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Feysbukda “Təhsil Forumu” səhifəsində Cəlilabad rayon Günəşli kənd orta məktəbin müəllimi Alim Həmidli məlumat paylaşıb. O bildirib ki, aparat rəhbərinin səfəri Şirvan-Salyan Regional Təhsil İdarəsi və Biləsuvar rayonu üzrə təhsil sektoru tərəfindən gizlədilib:

“Çox hörmətli Elm və Təhsil Nazirliyinin çox hörmətli aparatının çox hörmətli rəhbəri Mətin bəy Kərimli Biləsuvar rayonuna səfər edib.

Amma səfərin məqsədi, Mətin bəyin gəlişi Şirvan-Salyan Regional Təhsil İdarəsi və Biləsuvar rayonu üzrə təhsil sektoru tərəfindən gizlin saxlanılıb. Səfər zamanı regional idarə və sektorun şəninə xələl gətirəcək heç bir nüans Mətin bəyin diqqətinə çatdırılmayıb. Çünki həmin problemləri deyə biləcək adamlar Mətin bəydən kilometrlərlə uzaq, aralı saxlanılıb.

Əvəzində isə adi direktorun şantajı nəticəsində geri çəkilib, ona toxuna bilməyənlər inkişafdan, görülən bəh-bəhli işlərdən geniş və ağızdolusu söz açıblar”.

A.Həmidli sual edir ki, bəs M.Kərimli rayona hansı məqsədlə səfər edib:

“Hörmətli Mətin bəy, düzü, bizim kimi şəxslərin sizin kimi şəxslərə nəsə demək ixtiyarı olmasa da, əfvinizə söykənərək soruşmaq istəyirəm – əgər problemləri görməyə, onları həll etməyə, təhsil və təhsil adamları üçün faydalı iş görməyə gəlməmişdinizsə, bəs niyə gəlmişdiniz? “Karvan”da kabab yeməyə?”.

Xəbər 4864 dəfə oxunub.




17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır


BÜTÜN XƏBƏRLƏR +