Fransa və Azərbaycan diplomatları Bakıda görüşdü
“Pis hazırlaşmamışıq, futbolçularıma inanıram“ -Qurbanov
Gürcüstandan Azərbaycana yük dövriyyəsi neçə faiz azalıb?
Ramiz Mehdiyevin Qəbələdəki villası -VİDEO
50 yaşlı kişi 17 yeniyetmə qızı qaçırdı
Sabahdan bu yollar bağlanır - Xəbərdarlıq!
Mikayıl Cabbarov: Vergi güzəşti dayandırılır
“Lukoyl” neft emalı zavodu vurulub - Video
Nazirlər MM-də büdcə müzakirələrində
Azər İsmayılov saxlanılıb... - 50-dən çox şəxsi aldadıb


25.09.2025  17:01 

Trampın ritorikası və Azərbaycanın maraqları...





A+  A-

Prezident İlham Əliyevin ABŞ-a səfərinin ən maraqlı məqamlarından biri sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar təşkil olunan rəsmi qəbul zamanı yaşandı.

Donald Trampın Prezident İlham Əliyevlə rəsmi qəbul çərçivəsində apardığı dialoq kifayət qədər diqqət çəkir. Ümumiyyətlə, Tramp fərqli insandır. Bu, onun liderlərə fərdi yanaşmasında, eləcə də qeyri-formal, açıq və komplimentlərlə zəngin üslubunda bariz şəkildə hiss edilir.

Tramp çıxışında Azərbaycanın 30 ildən artıq davam edən münaqişəyə son qoymasını müsbət nümunə kimi təqdim etdi. Bu, həm ABŞ ictimaiyyəti, həm də beynəlxalq liderlər qarşısında Azərbaycanın regional lider kimi mövqeyinin tanınması anlamına gəlir. Tramp bu vəziyyəti Yaxın Şərqdəki münaqişələrlə müqayisə edir, yəni Azərbaycan modelini sürətli, effektiv və qətiyyətli həll yolu kimi başqalarına nümunə göstərir. Bu isə açıq şəkildə ABŞ diplomatiyasının regiondakı prioritetlərinin dəyişməsinə işarədir, çünki daha əvvəl ABŞ Qarabağ məsələsində neytral görünməyə çalışırdı. İndi isə Trampın ritorikası bu neytrallığı aşan, daha çox Azərbaycanın maraqlarına yaxın olan tonla ifadə olunur.

Digər tərəfdən, Prezident İlham Əliyevin verdiyi cavablarda da siyasi üslubdan çox qarşılıqlı səmimiyyət hiss olunurdu. Məsələn, “Siz möcüzə yaratdınız, cənab Prezident” kimi ifadələr qarşılıqlı komplimentlərin nümunəsi sayıla bilər.

Hesab edirəm ki, bu, yalnız nəzakət deyil, həm də ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin siqnalıdır. Məsələ ondadır ki, Azərbaycanın ABŞ-la daha yaxın və strateji münasibətlər qurmaq istəyi, bu cür yüksək səviyyəli təmaslarla daha da möhkəmlənir. Daha maraqlı məqam isə Trampın “Atışma yoxdur?” sualı və Əliyevin “Hər şey tamamilə bitib” cavabıdır. Bu cür səmimi dialoq, diplomatik dillə desək, münaqişənin bağlanmış hesab edildiyinin beynəlxalq arenada rəsmi şəkildə bəyan edilməsidir. Bu isə Azərbaycanın daxili narrativində uzun müddətdir mövcud olan qalib ölkə mövqeyinin artıq qlobal səviyyədə tanındığını göstərir.

Subyektiv yanaşmam budur ki, bu dialoq bir protokol söhbətindən daha çox, simvolik və strateji xarakter daşıyır. Trampın Prezident Əliyevə açıq dəstəyi və Qarabağ münaqişəsinin həlli ilə bağlı vurğuladığı “qısa zamanda sülh” mesajı Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ABŞ-ın regiondakı siyasi balansını yenidən formalaşdırdığını da göstərir. Tramp burada yalnız İlham Əliyevə deyil, həm də dünya liderlərinə mesaj verir: Münaqişələr həll oluna bilər, əgər liderlər qətiyyət və planla hərəkət edərlərsə.

Turan Rzayev
Politoloq


Xəbər 4077 dəfə oxunub.




04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib

04.11.2025  10:49 

Daha bir çörək sexi bağlandı

04.11.2025  10:02 

Azərbaycan nefti cüzi bahalaşıb

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır


BÜTÜN XƏBƏRLƏR +