“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


16.10.2025  18:21 

İş adamı həbsdən çıxmaq üçün 100 milyon verir





A+  A-

Rusiyanın Voronej şəhərində yaşayan azərbaycanlı oliqarx Yusif Rəsul oğlu Xəlilovun nümayəndələri Federal Təhlükəsizlik Xidmətinin “K” İdarəsinin yeni rəhbərliyi ilə əlaqə qurmağa çalışırlar.

XəzərNews.az Lent.az-a istinadla bildirir ki, məqsəd Xəlilovun azadlığa buraxılması və eyni zamanda onun dəbdəbəli “Yardy” restoranının taleyinin həlli ilə bağlı razılaşma əldə etməkdir. Bildirilir ki, təklif olunan “razılaşma”nın məbləği 100 milyon rubldan (təxminən 2 milyon 172 min 500 manat) çoxdur.

Xatırladaq ki, FTX-nin “K” İdarəsinin yeni rəhbəri Aleksey Truxaçevin qardaşı Sergey Truxaçev hazırda Voronej vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edir.

Eyni zamanda, FTX-nin keçmiş “K” İdarə rəisi İvan Tkaçev (hazırda FSB-nin Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri) Xəlilovun biznes-partnyoru və “Alekseyevski” bazarının digər sahibi Təyyub Hüseynovla şəxsən tanışdır. Təyyub Məmməd oğlu Hüseynov həmçinin Belqorod şəhərində bir neçə oxşar bazara nəzarət edir.

Qeyd edək ki, Voronej şəhərində azərbaycan diasporunun rəhbəri və “Alekseyevski” bazarının sahibi Yusif Rəsul oğlu Xəlilov rüşvət ittihamı ilə həbs olunub və hazırda təcridxanada saxlanılır.

Yusif Xəlilov “Yardy Superbar” restoranının, “Fort” kafesinin sahibi və iri “Alekseyevski” ərzaq bazarının şərikidir.


Xəbər 5115 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +