“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


22.09.2025  16:33 

SOCAR 450-500 milyon dollar ziyana düşüb?





A+  A-

Əgər bir şəxs dövlət şirkətinə aid olan obyektlərdə belə bir addım ata bilirsə, bu zaman kifayət qədər ciddi suallar meydana çıxır ki, laboratoriyalar niyə nizamlı işləməyib və analizlər apararaq, problemi vaxtında aşkarlamayıb?

XəzərNews.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli iş adamı Adnan Əhmədzadənin həbsi ilə bağlı qeyd edib.

Ekspert bildirib ki, bu hal SOCAR-a həm iqtisadi, həm də imic baxımından ciddi zərər vurub:

“Azərbaycan dünyada sabit – verdiyi sözü yerinə yetirən enerji tərəfdaşı kimi tanınır və onillərdir ki, bu cür müsbət imicə sahibdir. Təəssüf ki, indi SOCAR-ın bu cür təmiz imici zədələndi.

Ona görə də bu araşdırmanın dərindən aparılacağı və məsuliyyət daşıyan şəxslərin çevrəsinin müəyyənləşəcəyi gözlənilir. Bu məsələdə hər hansı səhlənkarlıq və ya vəzifədən sui-istifadə halları olubmu? Bu suala cavabı istintaq verəcək”.

O ki qaldı ziyana, ekspertin sözlərinə görə, Rumıniyanın və İtaliyanın bir neçə neftayırma zavodu müəyyən müddətə Azərbaycan neftindən imtina etdi, həmçinin Qazaxıstan Azərbaycandan tranzit yolu kimi istifadəni iki aya yaxın dondurdu:

“Bundan sonra “Azəri Layt”ın daha ciddi şəkildə sertifikatlaşdırılması tələb olunacaq ki, bu da əlavə xərclər tələb edir.

Qeyd edim ki, belə hadisələr biznes dünyasında uzun müddət yaddan çıxmır və illərlə xatırladılır.

Konkret maddi ziyana gəldikdə isə, bu barədə də dəqiq məlumat istintaq zamanı üzə çıxacaq. Ancaq xarici medianın verdiyi məlumata görə, SOCAR təxminən 450-500 milyon dollar ziyana düşüb”.

Xəbər 3046 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +