Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


29.12.2023  16:26 

Qalaaltı oteldə yeyinti... - İş məhkəməyə gedir





A+  A-

“Yeni Qalaltı Hotel Company” MMC-nin əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Xəzərnews.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Şabran rayonunda fəaliyyət göstərən “Yeni Qalaaltı Hotel Company” MMC-yə məxsus pul vəsaitlərinin mənimsənilməsi faktı bağlı rayon prokurorluğunda aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla cəmiyyətin işçiləri Seyfəddin Cəfərli və Ehtiram İbrəhimovun qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar edilən MMC-yə məxsus 2 ədəd “Hyundai County” markalı avtobusları ümumilikdə 121 min 400 manata sataraq əldə olunan pul vəsaitlərini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Seyfəddin Cəfərli və Ehtiram İbrəhimov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı MMC-yə vurulmuş ziyanın 75 min manat hissəsinin ödənilməsi təmin edilib.

Xəbər 4011 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +