Rüstəm Usubovun məsuliyyət məsələsini qaldırdım - Pərviz Həşimli
Putin Mehdiyevi niyə qurban verdi?
Birinci vitse-prezident Vatikanda... - Foto
İqtisadi böhran qapımızı döyür!
Bakıya leysan yağır
Ramiz Mehdiyev TŞ-da çıxarılacaq - Mədət Quliyev
Kürdəmirdə uşaq bağçasında yanğın olub
Rəis rüşvət almaqda ittiham olunur
Putin və Tramp Budapeştdə görüşəcək
İş adamı həbsdən çıxmaq üçün 100 milyon verir


16.10.2025  10:00 

Daha bir diaspor rəhbəri Rusiyadan çıxarılır





A+  A-

Ulyanovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri və qubernatorun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından məhrum edilib.

XəzərNews.az xəbər verir ki, yerli jurnalist Daria Kosarinovanın “Telegram” kanalında yaydığı məlumata görə, Hüseynovun Rusiya pasportu 14 oktyabr 2025-ci ildə FSB-nin qərarı ilə ləğv olunub və ona ölkəyə giriş qadağan edilib.

İslam Hüseynov 20 il əvvəl Ulyanovska köçüb və bu müddət ərzində bölgədə Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri olub. O, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin rəhbəri, həmçinin qubernator yanında Millətlər Şurasının üzvü kimi fəaliyyət göstərib.

İ.Hüseynovun rəhbərliyi ilə Ulyanovskda bir sıra mədəni və təhsil layihələri həyata keçirilib, Heydər Əliyevin abidəsi ucaldılıb.

Bəzi mənbələrə görə, o, əvvəllər biznes fəaliyyətinə təzyiqlərlə bağlı narazılıq ifadə edib.

FSB-nin bu qərarının səbəbləri hələlik açıqlanmayıb. Hüseynovun hüquqi müdafiə imkanları və bu addımın diaspor fəaliyyətinə təsiri barədə məlumat verilmir.

Xəbər 4766 dəfə oxunub.




17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır

16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib


BÜTÜN XƏBƏRLƏR +