Pezeşkian məmurları sərt tənqid etdi
Sərhədlərlər bağlı YENİLİK
Ukrayna 7 milyard ayırdı, buna görə...
Ərdoğan Mixail Kavelaşvili arasında görüş keçirilib -FOTOLAR
Rusiya ordusu bu rayonları ələ keçirib
DOST Mərkəzinə direktor təyin edildi -FOTO
Avtobusda yanğın, ölənlər var
ABŞ bu ölkənin gəmisini vurdu -FOTO
Tanınmış müğənni vəfat etdi -FOTO
Həbs edilən Ramiz Mehdiyevin PARLAQ KARYERASI - DOSYE


28.03.2023  15:48 

Şəmkirin “Berdımuxammedovu“u - I YAZI





A+  A-

Alimpaşa Məmmədov həbs olunanda şəmkirlilər "canımız qurtardı" deyib dərindən köks ötürdü. Çünki adam aşıq-aşkar psixi çatışmazlığı olan birisi idi. Bundan o tərəfəsi olacaq adam yox idi. Amma yazıq cammat nə biləydi ki, sevincləri gözlərində qalacaq; və yeni gələn icra başçısı Rəşad Tağıyev, Alimpaşanın ölənlərinə rəhmət oxutduracaq.

***

Rəşad Tağıyevin rayona gələn kimi ilk işi Şəmkirin "gül kimi"asfalt yollarını qaşıtdırıb yerinə təzəsini tökmək oldu. Daha sonrasa kanalizasiya, qaz və başqa xətlərin yeniənməsi və.s. Halbuki rayon mərkəzindəki həmin küçələrdəki bu " yenidənqurma" işlərini bir-neçə il əvvəl Almpaşa Məmmədov, ondan bir-neçə il əvvəlsə Nazim Veysov tərəfindən "uğurla" həyata keçirilmişdi. Bu isə təzə başçının köhnə qurdlardan heç nə ilə fərqlənməyəcəyini elə ilk günlərdən agah elədi. Çünki rayon ərazisində yol, işıq, qaz problemi yaşayan 10-larla kənd var. Açın "Yutube"da baxın. Görün rayonun əksər kəndləri nə gündədir. Tək yollar deyil, kəndlərdəki uşaq bağçaları, məktəb və kitabxanalar bərbad vəziyyətdədir. Əvəzidə isə rayon büdcəsinə ayrılan pullar yalnız rayonun mərkəzi küçələrinin yenilənməsinə sərf edilir. Bu da təbii ki, yerli əhalidə haqlı olaraq qıcıq yaradır.

***



Bir sözlə desək Rəşad Tağıyevin fəaliyyəti imitasiyadan o yana keçmədi. Onun gündəlik fəaliyyəti yanına bir fotoqraf alıb Şəmkirin kəndlərinə yollanmaq, camaatı işindən edib hansısa akt zalına toplayıb guya ki, "başçı işləyir" görüntüsü yaratmaqdan ibarət oldu. Axşam isə həmin görüşdən çəkilmiş fotoları İH-nin saytında yerləşdirmək, "trol"lara isə statusun altinda bər-bəzəkli kommentlər yazmaq tapşırığı vermək oldu. Bəs əslində nə baş verir?

***

Hər görüşdən əvvəl İcra başçısı kəndin "Şəhidlər abidəsi"ni və ya qəbləri ziyarət edib gül dəstəsi qoyur. Halbuku rayonda tikilən "Şəhid bulaqları" və ya abidələr yerli camat və ya iş adamlarının vəsaiti hesabına həyata keçirilib. Vaxtı ilə Şəmkirin ayrı-ayrı yerlərində inşa olunmuş "Şəhidlər abidəsi "isə bərbad gündədir. İtlərin və narkomanların toplaşdığı məkana çevrilib.Və dəfələrlə bu məsələ mediada işıqlandırılsa da rayon rəhbərliyi heç bir tədbir görməyib. Heç kosmetik təmir işləri belə aparmaqda maraqlı olmayıb. Əvəzindəsə az qala hər həftə guya ki, şəhid qəbirləri və ailələri ziyarət olunur, problemləri ilə maraqlanır görüntüsü yaradılır. Rəşad Tağıyevin paylaşdığı fotolardakı insanların bir çoxu ilə əlaqə saxlayıb nəticəsi ilə maraqlanmışam. Cavab eyni olub- "heç nə. Yəni çay içib, şəkil çəkdirib getdi". Başçının "sakinlərlə görüşdən" səxavətlə paylaşdığı fotolardakı insanlarla da əlaqə saxlamışam. Onlar da eyni sözü deyir: " nə deyirksə cavab bir olur-" bu məsələ bizim səlahiyyətimizdə deyil; ya da ki, "hələlik büdcəmizdə pul yoxdur. Amma məsələni diqqətdə saxlayacayıq". Vəssalam.

***



Rəşad Tağıyev Qazi adından da sui-istifadə edir. Guya ki, onları tez-tez qəbul edir, problemləri ilə maraqlanır. Əslində bu da fotolar çəkdirmək, saxta görüntü yaratmaqdan o yana keçmir. İH-nin saytından götürdüyüm fotoya diqqət edin. Qazilərdən biri görüşə rezin çəkələtlə gəlib. Bu bir rəzalətdir! Hamıya məlumdur ki, insanlarımız harasa gedəndə evdəki paltarlarından ən təzəsini geyinib gedir. Fotoya diqqət edəndəsə görünür ki, Qazilərimiz Başçı ilə görüşə (havanın isti olmasına baxmayaraq) əksəriyyəti qış geyimində, biri isə çəkələtdə gəlib. Necə deyərlər sözün bitdiyi an...



protest.az
(ardı sabahkı sayımızda)

Xəbər 2634 dəfə oxunub.




15.10.2025  01:55 

Sərhədlərlər bağlı YENİLİK

15.10.2025  01:50 

Ronaldo rekordu yenilədi

15.10.2025  01:30 

Avtobusda yanğın, ölənlər var

15.10.2025  00:35 

Tramp Makronu ələ saldı

15.10.2025  00:32 

Bu ərazidə qaz olmayacaq

15.10.2025  00:28 

İnstaqramda yeni qayda

15.10.2025  00:21 

Kiyev işıqsız qaldı

15.10.2025  00:12 

Güclü zəlzələ baş verdi

14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO


BÜTÜN XƏBƏRLƏR +