Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Sərəncam
Bakıda məşhur həkim xəstəni zorla xəstəxanadan çıxarıb?
Aparıcı ilə “Kontakt Home“nin 8 qəpik borc qalmaqalı - VİDEO
Baş nazir taksilərin sayı ilə bağlı qərar verdi
Mirzoyan Bakıda saxlanılan separatçılardan danışdı
Nobelin sərvəti Azərbaycan nefti üzərində qurulub - Paolo Zampolli
Minsk Qrupu fəaliyyətini bu tarixdə dayandıracaq
Azərbaycanlının film nümayişi ləğv olunub - Rusiyada
Britaniya bu prosesdə geri qalmaq istəmir - Siyasi şərhçi
Sabahın havası: Yağmursuz keçəcək


29.07.2025  13:38 

Rüşvət alan bağça müdiri həbs olundu





A+  A-

Rüşvət almaqda ittiham olunan Ağdam rayonu "Dördyol qəsəbə-2 uşaq bağçası"nın müdiri Kəmalə Quliyevaya hökm oxunub.

XəzərNews.az xəbər verir ki, Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi) maddəsi ilə təqsirləndirilən Kəmalə Quliyeva Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib.

Hakim Dadaş İmanovun çıxardığı hökmə əsasən, Kəmalə Quliyevaya 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Kəmalə Quliyeva 2024-cü ildə başqa bir cinayət işinə görə Xətai Rayon Məhkəməsinin hökmü 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bu cəza 11 ay 28 gün (1 günə 2 gün hesabı ilə) azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla hazırki cəza ilə qismən toplanılıb. Beləliklə, Kəmalə Quliyevaya qəti olaraq 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay azadlıqdan məhrumetmə cəza təyin edilib.

İş materiallarından məlum olur ki, Kəmalə Quliyeva Dilguşə İmanova adlı rəfiqəsi ondan həyat yoldaşını uşaq bağçasına işə götürməsini istəyib. Kəmalə Quliyeva isə onu ocaqçı vəzifəsinə düzəldə biləcəyini deyib. Bunun müqbailində isə Dilguşə İmanovadan 2300 manat pul alıb.


Xəbər 944 dəfə oxunub.




14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı

14.10.2025  10:02 

Bakıda “Rang Rover” yandı


BÜTÜN XƏBƏRLƏR +