Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


18.08.2025  13:52 

Bu, artıq səhv deyil, belə zərbələr... - Ukraynadakı azərbaycanlı





A+  A-

“Bu gecə Rusiya ordusu Odessa vilayətində SOCAR-ın neft terminallarına ikinci dəfə hücum edib. Bu, artıq səhv deyil, belə zərbələr Azərbaycanın Ukraynadakı mülki infrastrukturuna qəsdən hücum kimi qiymətləndirilə bilər. Onlarda hərbi cinayətlərin əlamətləri var”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə hüquq elmləri namizədi, Ukrayna Baş prokurorunun sabiq müavini Gündüz Məmmədov çıxış edib.

Gündüz Məmmədov qeyd edib ki, SOCAR dövlət şirkəti olduğu üçün Azərbaycan Baş Prokurorluğunun ekstraterritorial yurisdiksiya prinsipi ilə cinayət işi açmaq hüququ var:

“Bu hadisəni araşdırmaq üçün Ukrayna və Azərbaycanın birgə beynəlxalq istintaq qrupunun yaradılması mühüm addım ola bilər. Hərəkətlərin qəsdən törədilməsi sübuta yetirilərsə, bu hücum təcavüz aktı sayıla bilər. Bundan sonra Azərbaycan BMT Baş Assambleyanın 1974-cü il tarixli təcavüzün tərifinə dair 3314 saylı qətnaməsinin pozulmasını əsas gətirərək BMT-yə müraciət edə bilər”.



Xəbər 1806 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +